BSC müştəriləri ilə müsahibə - “GrowGroupAzerbaijan” MMC

  • BSC müştəriləri ilə müsahibə - “GrowGroupAzerbaijan” MMC

    BSC müştəriləri ilə müsahibə - “GrowGroupAzerbaijan” MMC

    Rüfət Məmmədov 01.02.2014 tarixindən “Grow Group AZERBAIJAN” şirkətinin baş direktoru vəzifəsini icra edir. “Grow Group AZERBAIJAN” ən son standartlara cavab verən, Avropa keyfiyyətli yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş və tam avtomatlaşdırılmış polietilen və şüşə örtüklü müasir istixana komplekslərinin satışı və quraşdırılması ilə məşğuldur. BSC Consulting & Outsourcing şirkəti 2017-ci ilin iyul ayından “GrowGroupAzerbaijan” MMC ilə əməkdaşlıq edir. Rüfət bəy müştərilərimiz arasında öz ciddiyəti ilə peşəkarlığı və tələbkarlığı ilə özəl yer tutan müəssisə rəhbərlərindən biridir. Bu səbəbdən müştəri barədə silsilə müsahibəmizin ilk qonağı Rüfət Məmmədovdur.

    - Salam Rüfət bəy, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik,ilk öncə şirkətiniz haqqında məlumat verməyinizi rica edirik.

    - Şirkətimiz Azərbaycan bazarında 2009-cu ildən etibarən fəaliyyət göstərir. Biz Avropa texnologiyalarını nəzərə almaqla, ən son standartlara cavab verən avtomatlaşdırılmış müasir plastik istixana komplekslərinin satışı və quraşdırılması ilə məşğuluq.

    - İşinizin həyatınızda yeri nədən ibarətdir ?

    - İşimi cox sevirəm bu sahə mənim üçün xobbi yox, işdir. Mənim həyat devizim insanlara fayda verməkdir. Şirkətimizin devizi də bu yönümdə qurulub: İnsanlara yalnız və yalnız xidmət göstərmək. Onları öyrətmək və dəyişmək...

    - Yaxşı rəhbər nə deməkdir ?

    - Əgər bir insan idarəedicidirsə, o fayda verməlidir. Birinci, növbədə şəxsi nümunəvi rəhbər olmalıdır. Çünki hər bir işçi rəhbərinə oxşamaq istəyir ki, irəli getsin. İkinci, faydalı rəhbər olmalıdır, üçüncü isə insana yol göstərən olmalıdır. Faydalı dedikdə, onun şəxsi inkişafı ilə maraqlanan, ona lazım olsa, işçilərinə pul yatırımı edən, gələcəyini düşünən rəhbərdən söhbət gedir.

    - Bəs yaxşı işçi nə deməkdir?

    - Yaxşı işçidə həm insani cəhətlər, həm də professionallıq birləşməlidir. İşçinin işini sevməsi, öyrənməyə həvəsli olması, inadkarlığı, işinin arxasınca gedib onu sona çatdırmaq istəməsi mənim üçün önəmlidir. Passiv və tənbəl insanlarla işləmək çox çətindir.

    - Gənc yaşda olmağınıza baxmayaraq, bir çox uğurlara imza atmısınız. Uğur sirriniz nədədir ?

    - Uğur qazanmaq üçün vaxtdan səmərəli istifadə etmək, insanlarla səmərəli münasibət qurmaq, ömrünü hədər keçirməmək lazımdır.Məncə uğur qazanmağın yollarından biri də odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Mən bu gün nə etmişəm. Hansı nailiyyətlər əldə etmişəm.

    - BSC Consulting & Outsourcing şirkətinin işindən razısınızmı ?

    - BSC Consulting & Outsourcing şirkəti ilə 2 ilə yaxındır ki, işləyirik və işinin peşəkarı olduğu danılmaz faktdır. Həm operativlik, həm də dəqiqlik baxımından çox razıyıq. Ümid edirəm ki, əməkdaşlığımız uzun müddətli olacaq.

    - Rüfət bəy, xobbiniz varmı ?

    - Xobbim kitab oxumaq və səyahət etməkdir. Ən çox oxuduğum kitablar xüsusən özünü inkişaf tipli kitablardır.

    - Bildiyimiz kimi, 2019-cu ilin astanasındayıq, yeni ildən şirkətinizdə nə kimi yeniliklər gözlənilir? Yeni yaranan trendlərə uyğun olaraq şirkətinizdə dəyişikliklər olacaqmı?

    - Müasir tipli istixana sistemləri Azərbaycanda 4-5 il əvvəldən formalaşsa da, Azərbaycan kənd təsərrüfatında çalışan işçilərin bir qismi müasir sistemlərlə tanış deyil, ona görə də işçilər hələ bundan sonra 2-3 il müddətində bu sahədə olan bütün yeniliklərlə tanış olacaq. Qısa şəkildə desək, bu sahə Azərbaycan kənd təsərrüfatı üçün yenilikdir. Gələcək planlarımıza gəldikdə isə onu qeyd edim ki, 2019-cu ildən 4 böyük layihəmizə başlayırıq və bu layihələr üzərində peşəkar komandamızla işləyirik.

    - Yeni ilə arzularınız?

    - "Grow Group" ailəsi olaraq, biz də sizləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər şeyin könlünüzcə olmasını arzulayır, bütün gözləntilərinizin reallaşmasını diləyirik.