Cərimə nədir bilməmək üçün BSC-ni seçin!

  • Cərimə nədir bilməmək üçün BSC-ni seçin!

    Cərimə nədir bilməmək üçün BSC-ni seçin!

    Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişiliklər

    Maliyyə sanksiyaları



    Təqdim edilmiş əlavə və dəyişikliklər çərçivəsində maliyyə sanksiyaları əhəmiyyətli dərəcədə artırılmışdır və  yeni maliyyə sanksiyaları nəzərdə tutulmuşdur

     

    Dəyişikliklərdən əvvəl

     Dəyişikliklərdən sonra


    Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin (o cümlədən elektron formatda məlumatların) qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, maliyyə və vergi məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bağlı sənədlər, habelə mühasibat uçotu sənədlərinin 5 il müddətində üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

     


    Yeni dəyişikliklərə əsasən eyni tələblərin pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

     


    Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə - 1200 manata qədər, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 6000 manata qədər sanksiya tətbiq edilir.

     


    Eyni qanun pozuntusuna görə artıq bütün vergi ödəyicilərinə, 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3 və daha artıq hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

     


    Əmək müqaviləsi olmadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi və onların gəlirlərinin gizlədilməsi aşkar edildikdə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

     


    İşəgötürənlər belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində cərimələnəcək.

     


    Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

     


    Pul vəsaitinin uçotdan gizlədilməsinə görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

     


    Hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, normativ hüquqi aktların, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə institutlarına – hər belə hesab və ya əməliyyat üçün 100 manat maliyyə sanksiyası tətbiq edilir.

     

     


    Eyni tələblərin pozulmasına görə sanksiya məbləği 500 manat təşkil edəcək.

     


    Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan “FATCA”, “CRS” tipli analoji hesabatların müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə institutlarına – 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

     


    Eyni tələblərin pozulmasına görə artıq 10000 manat məbləğində sanksiya tətbiq ediləcəkdir.

     


    Ümumi dəyəri 500,000 manatdan artiq olan əməliyyatlara dair “Nəzarət olunan əməliyyatlar barədə” arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

     


    Yeni dəyişikliklərə əsasən arayışda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicilərinə də 500 manat məbləğində maliyyə sanksiya tətbiq ediləcəkdir.

     

                                                                          

       Yeni əlavələr


    •       Malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10%, ikinci dəfə yol verdikdə 20%, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.
    •       Nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10%, ikinci dəfə yol verdikdə 20%, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
    •       Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.
    •       Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6%-i miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
    •       Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə müəyyən olunmuş minimum aylıq əmək haqqının 3%-i, iki və daha çox dəfə yol verdikdə 6%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
    •       Mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı olan şəxslər tərəfindən verginin (o cümlədən ödəmə mənbəyində verginin) azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması onların vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.