Dollar üzərindəki 7 şəxs kimdir?

  • Dollar üzərindəki 7 şəxs kimdir?

    Dollar üzərindəki 7 şəxs kimdir?

    1 dollar — Corc Vaşinqton

    Corc Vaşinqton - ABŞ-ın ilk prezidenti və ən məşhur milli qəhrəmanlarından biridir. O, Britaniyaya qarşı müharibə zamanı ordunun komandanı olmuşdur. Uzun müddət işlədikdən sonra, öz evinə qayıdaraq kənd təsərrüfatı ilə məşğul olur. ABŞ-da masonluğun qurucularından hesab edilir.

    2 dollar — Tomas Cefferson
    Tomas Cefferson Amerika tarixinə müstəqillik bəyənnaməsinin yaradıcılarından biri kimi düşmüşdür. Bəyənnamə İkinci Kontinental Konqresin 4 iyul 1776-cı il iclasında qəbul edilmişdir. XIX əsrin əvvəllərində Ceferson iki dəfə seçkilərdə qalib gələrək ABŞ-ın sayca üçüncü prezidenti olmuşdur. Ceferson öldükdən sonra xeyli borc saxlamışdı. Onun mülkü sonradan hərrac vasitəsilə satışa çıxarılmışdır.



    5 dollar — Abraham Linkoln
    Amerika tarixinin ən parlaq prezidentlərindən biridir. ABŞ-ın 16-cı prezidenti Abraam Linkolnı ən çox məşhurlaşdıran vətəndaş müharibəsi zamanı quldarlığı ləğv edən azadlıq bəyəmnaməsinin qəbul etməsi olmuşdur. Vətəndaş müharibəsində cənubun məğlubiyyətinə baxmayaraq onlar Linkoldan intiqam ala bilirlər. O, Ford teatrında tamaşaya baxan zaman güllələnir.



    10 dollar — Aleksandr Hamilton
    Aleksandr Hamilton ABŞ-ın prezidenti olmayıb və heç olmaq istəməyib də. Buna baxmayaraq, 32 yaşında o, ölkənin ilk maliyyə naziri olmuşdur. Hamilton mərkəzi bankın yaradılması və pul sisteminin qurulmasında böyük pay sahibidir. Hamilton ABŞ-ın vitse-prezidenti Aaron Berr tərəfindən dueldə öldürülmüşdür.



    20 dollar — Endryu Cekson
    Endryu Cekson demokratların içindən seçilən ilk prezidentdir. 1828-ci ildə o, yalnız ikinci cəhddən sonra prezident seçilir və bununla da ABŞ tarixinə 7-ci prezident kimi düşür. Onun idarəetmə dövründə ikipartiyalı sistem formalaşır. Cekson hindilərin “Hindi ərazisinə” köçürülməsinin qatı tərəfdarı idi. O, 1830-cu ildə bu haqda qanun imzalamışdı. Köçürülmə zamanı çoxlu sayda hindi yolda, bir çoxu isə yeni iqlim şəraitinə öyrəşməyərək yeni ərazidə dünyalarını dəyişmişlər.



    50 dollar — Uliss Qrant
    Amerikanlılar üçün Qrant ilk növbədə dahi hərbiçidir. Məhz o Linkolnun xahişi ilə şimallıların ordusuna başçılıq etmiş və uzunsürən vətəndaş müharibəsinə son qoymuşdur. Onun şöhrətindən istifadə edərək Respublikaçılar partiyası Qrantı prezident seçkilərinə namizəd kimi göstərirlər. O, iki dəfə prezident seçilərək ABŞ tarixinin 18-ci prezidenti olur.



    100 dollar — Benjamin Franklin
    Benjamin Franklin - Amerikan arzusunun bariz nümunəsidir. O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə nəşriyyatda işləyən Franklin sonradan özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞ-ın maraqlarını Avropada təmsil edən şəxs idi. Okeanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdir - Müstəqillik bəyəmnaməsi, Konstitusiya, Versal sülhü.