İmza və biznes

  • İmza və biznes

    İmza və biznes

    Siz nə vaxtsa sənədləri necə imzaladığınız barədə düşünmüsünüzmü? Öz imzanızın gözəlliyi və səliqəliliyini qiymətləndirmisinizmi? Bu və ya digər rəsmi sənədlərə baxan zaman tanışlarınızın və ya tanış olmayanların imzalarını qiymətləndirmisinizmi? Elə düşünməyin ki, imzanız sırf sizin şəxsi işinizdir. Sən demə, qrafologiya sahəsində bilgili olanlar və ekspertlər insanın imzasına baxmaqla onun sahibi haqqında çox şey deyə bilərlər.

    İlk imza rəsmi olaraq simvollar şəklində mövcud olmuşdur. Lakin artıq 16-cı əsrdə imza ad və ya təxəllüsü göstərən hərflərin aydın şəkildə uyğunlaşmasına çevrilir. 18-ci əsrdə isə imza özündə təkcə ad və familiyanın elementlərini deyil, anlayışı və onun saxtalaşma imkanını çətinləşdirən müxtəlif qrafik elementləri çətinləşdirərək mürəkkəbləşməyə başlayır.

    Hər kəs imzanı özü sərbəst şəkildə fikirləşir. Hal-hazırda heç kəs imza çəkməkdə heç bir qayda və qanun ilə məhdudlaşdırılmamışdır. Lakin qrafik improvizasiyalarda onların müəllifi onun təbii xüsusiyyətlərini, yəni onun dəqiq portretini təşkil etməyə imkan verən müəyyən qanunauyğunluqlara tabedir. Ayk Nac bu mövzu ilə əlaqədar böyük bir hesabat hazırlamışdır: "İnsanın xasiyyətini onun imzası və ya praktiki qrafalogiya ilə bilmək".

    Sən demə, imzanın istiqamətinə görə insanın nikbinliyi və bədbinliyi haqqında mühakimə yürütmək və ya onlarda bu keyfiyyətləri tarazlaşdırmaq olar. Təbii ki, rəhbər nikbinlik və bədbinliyin təzahür etməsində tarazlaşdırılmış olmalıdır. Və bunun ardınca onun imzası düzünə istiqamətləndirilməlidir.

    İmzanın uzunluğuna görə insanı inadkar, sürətli və səthi şəkildə xarakterizə etmək olar. Məlumdur ki, rəhbərə inadkarlıq, dərin təfəkkür, dözüm xas olmalıdır. Ona görə də onun imzası qısa olmamalıdır. Menecerlər tez-tez öz ixtisaslarına görə çoxlu sayda sənədlərə imza atmalı olur. Bu əməliyyata gedən vaxtı azaltmaq üçün öz imzalarını qısa edərək məhdudlaşdırırlar. Öz imzanızın qısa variantından siz xüsusilə mühüm sənədləri imzalayan vaxt istifadə edirsiniz.

    Təcrübə göstərir ki, əksər aparıcı rəhbərlər öz imzalarını bir-birinin ardınca düzülən bir neçə baş hərflərlə başlayır. Bu, insanın əqli əməyə üstünlük verdiyini səciyyələndirir. Əgər baş hərflər imzanın sonundadırsa, onda bu, insanın əməli fəaliyyətə meyilli olduğunu göstərir.

    Baş hərflərdən öz imzasında istifadə edərək onun böyüklüyünə xüsusi diqqət yetirmək lazımdır. Böyük hərflər onun müəllifinə bu cür cizgilər verir: sadəlövhlük, təcrübəsizlik, həddən artıq xeyirxahlıq, eyni zamanda müstəqilliyə və azad fəaliyyətə cəhd.

    Dairəvi və əyri hərflərlə çəkilmiş imzalar çılğın, kəskin, dözümsüz və tez hövsələdən çıxan adamlar üçün xaraktekrikdir. Rəhbər üçün hər şeydən əvvəl, sərbəstliyə cəhdə dəlalət edən, onda tənqidi əqlin, inadkarlığın və sairin mövcudluğunu göstərən düzgün yazılmış hərflər səciyyəvidir.

    Ən yaxşı tərəfdən xarakterizə edilən imza hərflər arasında böyük ara məsafəsinin olmasıdır. Rəhbər üçün münasib ara məsafəsi 1-2 hərf arasıdır ki, bu da konkret situasiyada çeviklik və baracığa uyğunlaşmağı göstərir.

    Rəhbər həmişə öz qərarlarında inamlı və dəyişməz olduğunu göstərməlidir. Ona görə də onun imzası dəqiq və dəyişilməz olmalıdır.

    Öz imzanızı müxtəlif bəzəklər və digər törəmələrlə bəzəyərək özünüzün həddən çox tərifi sevən və özündən razı olduğunuzu göstərmək lazım deyil.

    İri müəssisə rəhbərləri, geniş sahəyə malik mütəxəssislər üçün qarışıq imzalar xarakterikdir. Dar sahə mütəxəssisləri üçün isə xırda və yığcam imzalar gərəkdir.

    Direktor vəzifəsini tutan insan öz ideyalarını həyata keçirmək üçün onları, necə deyərlər, iş şəraitində yerinə yetirməyi bacarmalıdır. Bunun üçün təşkilatçılıq bacarığı - iş prosesinin səmərəliliyini artırmaq üçün lazımi elementləri vahid məqsədə yönəltmək bacarığı lazımdır. Bu cür keyfiyyətə malik insanlar vaxtı, planları, layihələri və tabeçiliyindəki adamlarla fəaliyyəti koordinasiya edə bilirlər.

    İntizamlı adam öz imzalarının yuxarı və aşağı ilgəklərindəki hərflərdə diqqətli olurlar. Tarazlaşdırılimış ilgəklər (aşağı zona) ideyaların praktika səviyyəsində inkişafının əlamətidir. Əgər imza xəttinin ümumi strukturu dəqiqdirsə, maililik və interval stabildirsə, əsas xətlər hamardırsa, təşkilatçılıq daha güclü görsənir.

    Çox ciddi qərarlar qəbul etmək bacarığı biznes aləmində qiymətləndirilir. Özünə inamı olmayan adam iki imkan arasında tərəddüd edir və bu vaxt güc və enerji itkisinə gəlib çıxır. Əgər kimsə qərar qəbul edirsə və öz dediklərində israr edirsə, digər insanlar, çox ehtimal ki, onunla razılaşırlar. Əgər siz ilkin addım atmazsınızsa, yerinizdən tərpənə bilməzsiniz və əgər siz ayağınızı hara qoydğunuzu bilməzsinizsə, addım ata bilməzsiniz.

    Sonunda möhkəmlik hiss olunan axır hərflər xasiyyətin qətiliyini göstərir. Burada təzyiqin zəifləməsi və ya ştirxlərin dartılması müşahidə edilmir. Qəti insanlar öz imzalarında bu xüsusiyyəti imzanın aşağı zonasında uzun bərk ştirxlər şəklində əks etdirir ki, bu da müəyyən qaydalara riayət etmək işində qəti nəzarət və məsuliyyətdən xəbər verir. Qətiyyətli təzyiqin gücü və ştrixlərin uzunluğuna müvafiq gücləndirilir, eləcə də strukturla bağlılıq hərflərin ölçü nisbiliyi və xəttin ritmmikliyi ilə bağlı təzyiq ümumi sabitlikdən asılı olaraq dəyişdirilir.

    Biznesdə diplomatlıq və taktikilik çox mühümdür. Diplomat asanlıqla mürəkkəb vəziyyətləri, xüsusilə əgər iş ətrafdakılara və onların münasibətinə toxunursa, mürəkkəb vəziyyətləri asanlıqla həll edir. Xətdə diplomatik keyfiyyətlər ayrı-ayrı hərflərdə özünü göstərir. Əgər bu zaman hərf yazıda öz aydınlığını saxlamışsa, bu keyfiyyətin əhəmiyyəti güclənir. Öz intizamını və nəzərdə tutduğu işin sona çatdırılmasına meylliliyini göstərmək üçün imzanın sonunda nöqtə qoyun. Rəhbərdə bu cür keyfiyyətin olması müsbət cəhət hesab edilir və yeni iş yerinə işə qəbul zamanı və ya əməkdaşın öz karyerasında irəliləməsi üçün olan məsələlərin həllində böyük rol oynayır.

    Təşəbbüskar adamlar, demək olar ki, özünü əhatə edən hər bir şeydən fayda götürmək qabiliyyətinə malikdirlər. Təşəbbüs göstərmək hazırlığı və imkandan yararlanmaq yayınan ştirxlərlə göstərilir (ilkin və təkrar ştrixlərin bir-birinə uyğun gəlməməsi nəzərdə tutulur) ki, bu da imzanın həm orta, həm də aşağı zonasında göstərilə bilər.