Milyarderin sirləri

  • Milyarderin sirləri

    Milyarderin sirləri

    Dünyanın tanınmış sahibkarı və milyarderi Fred Mouavad effektiv işləmək və yaxşı yaşamaq üçün 5 məhsuldarlıq sirrini bölüşüb. Eyni zamanda 8 biznesə rəhbərlik edən Fred həmçinin 120 illik, ailə (cəvahirat) biznesini də idarə edir.


    Prioritetlərinizi müəyyənləşdirin. Demək olar ki, əksəriyyətimiz çox vaxt, əslində real olmayan məqsədlər üçün xeyli vaxt sərf edirik. Özümüz də bilmədən həyat və amal cığırımızdan ayrı düşürük. Bir də zaman gəlir ki, artıq illər keçib və biz öz seçimlərimizi qınamağa, hətta onlardan imtina etməyə başlayırıq. Lakin əlindən gələni etmək lazımdır ki, gənc yaşda edilən seçimlərə sonradan qarşı çıxmayaq. Çünki bu seçimlər həyatımızda böyük təsiretmə gücünə malikdir. Ilk növbədə həyatda bizim üçün ən böyük əhəmiyyət daşıyan 3 prioritet müəyyən etməliyik. Vaxtımızı həm öyrənməyə, həm dostlar və ailəyə, həm də işləməyə yetəcək qədər balanslı şəkildə bölməliyik.

    Zamanınızı həsr etdiyiniz şeydən maksimum yararlanın. Əksəriyyətimiz müəyyən məqsədə nail olmaqdan ötrü saatlarca işləyirik, yəni bir işə çox zaman sərf edirik. Lakin diqqətlə fikir versək görərik ki, həmin saatın yalnız 20%-i öz bəhrəsini verir. Bəs yerdə qalan 80% nə olur? Belə bir deyim var: çox işləmə, ağıllı işlə (don't work hard work intelligent)yəni gecə-gündüz işləmək daha çoxa nail olmaq demək deyil.

    Performansınızı ölçün. Məsələn əgər analitiksinizsə, həftə ərzində topladığınız hesabatların sayını müəyyənləşdirməyə çalışın. Ölçü götürsəniz bu sizə görəcəyiniz işin keyfiyyətini göstərəcək və siz fəaliyyətinizi sürətləndirməyə ehtiyac olub-olmadığını anlaya biləcəksiniz.

    Müxtəlif aspektlərdən yanaşmağı sınayın. Yaxşılaşdırmağı vacib bildiyiniz bölmə üzərində işləyin. Yeni metodlar tətbiq etməyə çalışın. Daim nəyisə sınaqdan keçirin.

    Vaxtınızı boşunuza sərf etdiyiniz məşğuliyyətlərdən uzaqlaşın. Hər bir insanın məşğul olmağı sevdiyi hər hansı bir sahə olur. Lakin diqqətlə fikir verəndə görürük ki, belə məşğuliyyətlər bizə heç nə vermir. Əksinə enerji və vaxtımızı əlimizdən alır. Bunun qarşısını almaq və belə məşğuliyyətləri müəyyən etmək üçün həftə ərzində gördüyümüz işlərin siyahısını tutmalıyıq. Yəni hər bir saatı nəzərə almaq lazımdır. Belə olduqda ən çox nəyə zaman ayırdığımızı müəyyənləşdirmək daha asan olacaq. Belə bu mənfi vərdişlərdən uzaqlaşa biləcəyik.