Satış nədir?

  • Satış nədir?

    Satış nədir?

    Satış və marketinq kapitalizmin beşiyi olan qərb ölkələrində, kifayət qədər inkişaf yolu keçmişdir və müasir dövrün tələblərinə uyğun olaraq müsbət yöndə şəkildəyişməyə davam edir. Lakin ölkəmizdə bu haqda eyni fikri deyə bilmərik. Toplumumuzda satış və marketinq, ümumi olaraq ayırd edilməyən və iç-içə keçmiş həll olunması çətin olan düyünlərə bənzəyir. Bir çox sektorda investorlar tərəfindən belə bu iki anlayış hələ də tam olaraq başa düşülməməkdədir. Cəmiyyətimizdə ki bu yanaşmanın altında, ver pulu al malı, pulu verən qazanar anlayışı yatmaqdadır ki, bu cür yanaşma artıq yarım əsrdən çoxdur ki dünya təcrübəsində öz qüvvəsini itirib.

    Gəlin əvvəlcə satış və marketinq anlayışları arasındaki fərqi izah etməyə çalışaq:

    Marketinq fikir ilə başlayır, fikrin investisiyaya çevrilib hədəf kütləyə çatdırılması anına qədər edilən fəaliyyətlərin cəmini əhatə edir. Əlbəttə davamlılığı hədəfləyən ticarətin ilk olmazsa olmazı marketinqdir.

    Satış isə bir məhsul və ya xidmətin müştəri tərəfindən satın alınaraq pulunun ödənməsi, başqa deyişlə bir məhsul və ya xidmətin pula çevrilməsidir.

    Satış prosesinin həyata keçirilməsində müvəffəqiyyətli satıcı özünü, çalışdığı firmanı və məhsulu tərənnüm etməklə böyük məsuliyyəti vardır . Ümumilikdə ticarətlə məşğul olan şirkət, satışın “satış əvvəli, satış və satış sonrası” kimi təməl qavramlarını dərk etməli, bu prosesin təkcə məhsulu satıb qazanc əldə etmə mexanizmi kimi görməlidir. Sağlam bazar mühitində daimi rəqabətə davam gətirmək üçün məhsulu alıcısı olan müştərilərə satış öncəsi və satış sonrası xidmətlər də əsirgənməməlidir. Bunu üçün satış mütəxəssisləri gündəlik həyatda müştərilərin subyektiv düşüncələrini, həyat tərzini, duyğularını, məşğuliyyət sahəsini və peşəsini analiz etməli, fərqli situasiyalara uyğun tədbirlər görməlidir.

    Satış Nədir?

    Deyə soruşduğumuzda, professional bir satışçıya görə və müştəriyə görə mənası, subyektiv olaraq dəyişə bilər. Lakin aşağıdaki ümumi fikirləri qeyd edə bilərik

    1. Satış, satıcı ilə alıcı arasında bir malın alıcıya verilməsi, bunun qarşılığında bir qiymət, bir dəyər alınması yolu ilə edilən əməliyyatdır.

    2. Satış, insanları anlama sənətidir. Alıcının dünyagörüşünü ön görərək, məntiqi yanaşma və faydalı izahatla qarşıdakı insana güvən vermə yolu ilə, səmimi əlaqə quraraq, doğru suallar soruşaraq, müştərinin prioritet qəbulunu dəyişdirə qabiliyyətidir.

    3. Satış, ehtiyacların qarşılanması üçün müəyyən bir əvəz qarşılığında mal və ya xidmət satışı / satınalınmasını təmin etməkdir.

    Professional bir satışçı üçün, satışın nə anlama gəldiyi ilə bir istehlakçıya görə satışın nə anlattığının şərhləri fərqli ola bilər. Satıcıya görə satış, gəlir qazanmağa istiqamətli iş və əmək, istehlakçıya görə isə ehtiyaclarının təmin edilməsidir.

    Burada satıcı, dəzgahın arxasındamı olmalıdır? Yoxsa dəzgahın qarşısındamı olmalıdır? Sualı ön plana çıxır. Satıcının, satdığı məhsulun qiymətinə, keyfiyyətinə, xüsusiyyətlərinə, təmin etdiyi faydaya, istehlakçıya göstərdiyi yanaşma, anlayış, gülər üz də təsir edir.

    İstehlakçıya təsir edən əsas faktorlar isə onun ehtiyacları, büdcəsi, zövqləri və dövrün dəbi və s. ola bilər.

    Satış bir digər istiqaməti ilə duyğu işidir. Bu səbəblə mən dünyada ki ən yaxşı satışçıların siyasətçilər olduğuna inanıram.

    Bir siyasi partiya liderini düşünün! Seçki kampaniyası çərçivəsində meydana çıxdığında seçicilərə xitab etmə əsnasında ki duruşu, səs ritmi, layihə vədləri və s. bir çox mövzuda özünü, fikirlərini, idolojisini seçicilər necə satdığını görmək əslində satışın əhəmiyyətini anlamaq üçün olduqca kifayətdir.

    Bugün ölkəmizdə də sahibkarlar satış peşəsinin təməlli şəkildə formalaşmasına diqqət yetirməli, bununla ciddi məşğul olmalıdırlar . Unutmayaq ki iqtisadiyyatımızın inkişafının bünövrəsi sağlam bazar mühitində düzgün iş prinsiplərinə əsaslanır.