Vergi dövrünün dəqiqləşdirilməsi mövzunu Business Service Centre şirkətinin Maliyyə işləri üzrə Müşaviri Leyla Kiçibəyova şərh edir.

  • Vergi dövrünün dəqiqləşdirilməsi mövzunu Business Service Centre şirkətinin Maliyyə işləri üzrə Müşaviri Leyla Kiçibəyova şərh edir.

    Vergi dövrünün dəqiqləşdirilməsi mövzunu Business Service Centre şirkətinin Maliyyə işləri üzrə Müşaviri Leyla Kiçibəyova şərh edir.

    Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların ləğv edilməsi, dəqiqləşdirilməsi mexanizmi barədə sizinlə bölüşmək istəyindəyəm.

    Hər bir sahibkarın apardığı əməliyyatlara düzəliş etmək hüququ vardır. Müəssisə öz alıcılarına mal göndərərkən, iş və xidmətlər göstərərkən elektron qaimə-faktura təqdim etməlidir. Elektron qaimə-faktura (EQF) təsdiq olunan zaman ƏDV ödəyiciləri üçün  vergi hesab-fakturası (VHF) sistem tərəfindən yaradılır. Bu zaman yaradılmış vergi hesab fakturası (asan imza vasitəsi ilə təsdiq etməklə) alıcıya təqdim etmək lazımdır.

    Bəzi hallarda təsdiqlənmiş EQF-nın tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsinə (bundan sonra “dəqiqləşdirmə” adlanacaq) ehtiyac yaranır. Belə olan halda, dəqiqləşdirmə vergi tutulan dövriyyəyə təsir edir. Bu zaman təqdim olunmuş EQF və VHF-lara düzəliş edilmədir. Əməliyyatlar üzrə dəqiqləşdirmə - baş verdiyi (Vergi Məcəlləsinin 163 maddəsinə əsasən)  hesabat dövründə aparılmalıdır. Dəqiqləşdirilən məlumat cari ayın ƏDV bəyannaməsinin 3-cü hissəsində aidiyyatı üzrə sətirlərdə yuxarıda göstərilən maddəyə əsaslanaraq qeyd edilməlidir və mühasibat uçotunun qanuna uyğun olaraq müxabirləşmələr edilməlidir.