Tələbə təcrübə proqramı

Tələbə təcrübə proqramı

Karyeranızı bizimlə qurun!

 

Azərbaycan 1997-ci ildən konsaltinq bazarında xidmət göstərən "Business Service Centre" MMC böyük məmnuniyyətlə tələbələr üçün Təcrübə Proqramı elan edir. Təcrübə Proqramının məqsədi hüquq, maliyyə, marketinq və insan resursları sahəsində karyera qurmaq arzusunda olan tələbələrə praktik təcrübə qazanmaq imkanı yaratmaqdır.

 

"Business Service Centre" MMC-nin Baş direktoru cənab İkram Mütəllimov-un proqram haqqında fikirləri: “Business Service Centre Azərbaycanın konsaltinq bazarında aparıcı biznes qurumlarından biri olmaqdan qürur duyur. Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim imkanları yaradırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir”.

 

"Business Service Centre" MMC-nin Tələbə Təcrübə Proqramı ilə maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) marketing@bsc-group.az elektron ünvanına Mövzu bölməsində Tələbə Təcrübə Proqramı yazmaqla göndərə bilərlər. Təcrübə keçən tələbələrin CV-ləri şirkətin bazasında saxlanılacaq və ən fəal tələbələrin gələcəkdə şirkət daxilində və ya şirkətin əməkdaşlıq etdiyi şirkətlərdən tələb olduğu halda orada işlə təmin edilməsi nəzərdə tutulur.

 

 

Proqram Sizlərə nə vəd edir?

 

  • • Proqramda iştirak sizə real layihələrdə təcrübə qazanmaq;
  • • Peşəkar və təcrübəli əməkdaşlarla birgə çalışaraq ideal təcrübə qazanmaq;
  • • Komandada işləmək bacarığı əldə etmək;
  • • Rəhbərləriniz tərəfindən sizin inkişafınıza nəzarət və peşəkar kimi formalaşmağınıza dəstək
  • • Psixoloji treyninqlərdə iştirak etmək

 

Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, fərqlənməyi bacaracağınız, yüksək potensiala malik uğurlu namizədlər olacağınız təqdirdə Business Service Centre-də işləmək imkanınız olacaq

Tələbə Təcrübə Proqramında tələb olunan təcrübə, bilik və bacarıqlar:

 

  • - Aşağıda adları sadalanan ali təhsil ocaqlarının son iki kursunun tələbələri, magistrantlar və 2014-cü ilin məzunları;
  • - Humanitar sahədə ali təhsil alanlar;
  • - Yüksək səviyyədə yazılı, şifahi ünsiyyət qurma və təqdimat bacarıqları, dəyişiklərə davamlı uyğunlaşma, keyfiyyətə fokuslanma, yenilikçilik və təkmilləşmə keyfiyyətləri;
  • - MS Office və digər texniki proqramlar biliyi;
  • - Normal səviyyədə ingilis, rus və ya digər dil biliyi.
Kimlər müraciət edə bilərlər?

Aşağıda adları çəkilən universitetlərdə hüquq, maliyyə - mühasibatlıq, idarəetmə, marketinq ixtisasları üzrə təhsil alan şəxslər müraciət edə bilərlər:

  • - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • - Qafqaz Universiteti
  • - Xəzər Universiteti
  • - Bakı Dövlət Universiteti
  • - Azərbaycan Dillər Universiteti
  • - Azərbaycan Dövlət İqtisad Universiteti və s.

Qeyd:

- Təcrubə proqramına qatılmaq ödənişlidir. Təcrübə müddətində əmək haqqı ödənilməyəcəkdir.