Müasir biznesdə mühasibatlıq problemləri və onun həlli yolları

  • Müasir biznesdə mühasibatlıq problemləri və onun həlli yolları

    Müasir biznesdə mühasibatlıq problemləri və onun həlli yolları

    Biznes – məqsədi mənfəət əldə etmək olub, müştəriləri mal və xidmətlərlə təmin edən fəaliyyət sahəsidir.  Buradan da göründüyü kimi müştərilər biznes prosesində  mühüm mövqeyə malikdir.

     

    Yəni , əgər sizin müştəriniz yoxdursa buradan heç bir gəlirdən- biznesdən söhbət gedə bilməz. 

    Biznes prosesində  sahibkar üçün əsas motiv mənfəət əldə etmək olsa, əslində o dolayı yolla iqtisadiyyatın, bütünlükdə ölkənin inkişafına yardım edir. Elə bir biznes sahəsi yoxdur ki, orada biznes plan tərtib edilmədən işə başlanılsın.

     

    Müasir biznes şəraitində biznes planın tərtib edilməsi  olduqca vacibdir. Onsuz işə başlamaq tanımadığın şəhərə xəritəsiz səyahətə  bənzəyir.

     

    Biznes planda  biznesin idarə olunmasının əsasları əks etdirilərək görüləcək işin ideyasından, məqsədindən  və bu ideyanın həyata keçirilməsi təşkilindən ibarətdir.

     

    Biznes plan - giriş və iki fəsildən ibarət tərtib edilir. Birinci fəsildə biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı verilir.

    Maliyyə  planını hazırlayarkən mütləq ilkin fəsildə olan müddəalara əsaslanmalıdır. Maliyyə planında nəzərdə tutulan biznesi həyata keçirmək üçün sahibkar ona nə qədər vəsait lazım olduğunu göstərməli, sonra o özünün nə qədər maliyyə imkanı olduğuna baxmalı və burada götürdüyü kredit, investisiya və ya başqa maliyyə köməklikləri barəsində qeydlərini aparmalıdır. Bundan başqa lazım olacaq avadanlıqlar, maşınlar və s. də maliyyə mənbəyi kimi göstərilir. Bütün bunlar sahibkarın maliyyə planının aktivini təşkil edirək biznes planın əsasını təşkil edir.

     

    Burada mühasibat uçotunun düzgün qurulması çox mühüm məsələdir, çünki bundan  müəssisənin gələcəyi də asılı ola bilər. Hər bir müəssisənin mühasibat şöbəsində daxili idarə etmə hesabatlarının aparılması, maliyyə hesabatlarının hazırlanması və vergi uçotu aparılır. Mühasibat uçotu müəssisənin elə bir mühüm hissəsidir ki, burada müəssisə həm zərər, həm də gəlir əldə edə bilər.

     

    Mühasibat uçotu sayəsində müəssisələr hazırki vəziyyətini öyrənə bilir, həmçinin gələcəkdə hansı addımlar atmalı olduqlarını müəyyənləşdirirlər.

     

    Hal-hazırda Mühasibat Uçotunun Beynəlxalq Standartları tədbiq olunur ki, bu da indiki vəziyyətdə bu sahədə bu standartları bilən yeni mütəxəssislərə ehtiyac yaradır.

     

    Çünki mühasiblərin əksəri köhnə mühasiblik proqramları ilə işləyir. Bu vəziyyəti aradan qaldırmaq isə  əsasən tədris müəssisələrinin üzərinə düşür. Belə ki, onlar bu sahədə güclü kadr hazırlamaqla yanaşı, onları biznesin sisteminə uyğun hazırlamaqda diqqətli olmalıdır.

     

    Son zamanlarda şirkətlərin sayının durmadan artması da günümüzdə mühasiblərə olan tələbi artırır. Əvvəllər bir mühasib bir neçə şirkətdə işləyə bilirdi; kassir həm də mühasib rolunu oynayırdı. Lakin bankdakı transferlərin sayı artdığına görə, indi hətta kiçik müəssisələrdə belə ayrıca mühasib tapmaq lazım olur. Ona görə də qeyd edildiyi kimi ali tədris müəssisələri bu yolda mühüm addımlar atmalı və mütəxəssislərin yetişdirilməsinə yardım etməlidir.

    Mühasibat uçotunun möhkəmləndirilməsi üçün həm də “qara mühasibatlıq”a qarşı tədbirlər görülməlidir. Bunun üçün ölkəmizdə Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradılmışdır. Çox insan fərdi sahibkarlıqla məşğul olur, lakin müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirmirlər. Qeyri-rəsmi məşğulluq bu gün əmək münasibətləri sahəsində, ümumiyyətlə iqtisadi fəaliyyət sferasında həm də ən çox rast gəlinən iqtisadi problemlərə yol açan qanun pozuntusudur. Bu sahədə artıq bir çox addımlar atılır və gələcəkdə bu tədbirlər sayəsində qara mühasibatlığın azalması gözlənilir.

     

    Ümumiyyətlə, ölkəmizdə daim belə problemlər olub. Lakin son dövlərdə bununla əlaqəli görülən tədbirlər sayəsində irəliləyişlər əldə edilmişdir.

     

    Bazar iqtisadiyyatı şəraitində şirkətlərin sayı durmadan artmaqdadır, bununla bərabər əsasən xarici amillərin təsiri nəticəsində şirkətlərin bir çoxu iflas etmişdir. 20 ildir ki fəaliyyət göstərən BSC şirkəti də öz fəaliyyət dairəsində mühasibatlıqda bir çox şirkətlərə öz töhfəsini vermişdir. Öz peşəkar kollektivi ilə BSC bütün növ şirkətlərə mühasibatlıq  xidmətləri, beynəlxalq mühasibat uçotunun aparılması ilə bağlı xidmətləri mövcuddur. Bunun tərkibinə müştərinin fəaliyyət sahəsindən asılı olaraq, hansı vergi sisteminin tətbiqinin müştəri üçün daha əlverişli olmasının müəyyənləşdirilməsi; cari mühasibat işlərinin təqibi; müəssisənin illik maliyyə nəticələrinin analizi; digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması; müəssisənin təsisçilərinin tələbinə uyğun olaraq müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin analiz edilməsi və maliyyə vəziyyəti haqqında məlumatın hazırlanması aiddir.

     

    BSC – inkişaf etməkdə olan biznesiniz üçün etibarlı tərəfdaş!