Düzgün vaxt bölgüsü – Eyzenhauer modeli

  • Düzgün vaxt bölgüsü – Eyzenhauer modeli

    Düzgün vaxt bölgüsü – Eyzenhauer modeli

    Həyatda ən dəyərli məvhum zamandır. Hansı ki, heçnəyə çatmır, düşündüyümüzdən daha tez ötür və işlərimizdə uğursuzluğa düçar olmağımızın əsas səbəblərindəndir.  İnternet və sosial şəbəkələrin inkişaf etdiyi bir dövrdə getdikcə vaxt qıtlığından daha çox insan əziyyət çəkir.

     Məsələ isə burasındadır ki, vaxt sabitdir, stabildir, nə az nə çoxdur, artmır azalmır, dəyişmir. Onu individual olaraq özümüzə daha səmərəli bölüşdürmək isə yalnızca bizim əlimizdədir.

    Bəs bunun üçün nə etməli?

    Düzgün vaxt bölgüsü ilə bağlı bir çox metodlar mövcuddur. Bunların arasında ən effektiv olanlarından biri də, ABŞ-ın keçmiş  prezidentlərindən olmuş Eyzenhauer tərəfindən hazırlanmış, Eyzenhauer modelidir.  Modelin təşkil etdiyi matrisə əsasən görəcəyimiz işlər vaciblik dərəcəsindən asılı olaraq 4 qrupa bölünür. Burada əsas məqsəd təcili olan işləri daha erkən həyata keçirməkdən ibarətdir.

    Eyzenhauer modeli həm vacib həm də təcili olan ; Vacib olub təcili olmayan; Təcili olub vacib olmayan ; Nə təcili nədə vacib olan – 4 iş qrupuna bölünür. Bu qruplar əsasında ardıcıl olaraq  işlərin düzgün vaxt bölgüsünü aparmaqla yüksək nəticəlilik əldə edə, ehtiyac olmayan sahələrdə boş vaxt itkisini minumuma azalda və bundan əlavə öz şəxsi həyatınıza  da vaxt ayıra bilərsiniz.

    Hər bir insanın uğur yolu düzgün planlamadan kecir!