İş müsahibəsində ən təhlükəli 11 sual

  • İş müsahibəsində ən təhlükəli 11 sual

    İş müsahibəsində ən təhlükəli 11 sual

    Bütün hazırlıqlarınıza baxmayaraq iş müsahibəsi gərgin məqamdır. Müsahibə götürən isə öz növbəsində qəliz suallar verməklə məsələni bir qədər də çətinləşdirir. Əlbəttə onlar bunu pis məqsəd üçün etmirlər. Belə sualların verilməsində məqsəd namizədin nəzərdə tutulmuş işə uyğun olub olmamasını, korporativ mədəniyyətə uyğunlaşıb uyğunlaşmayacağını müəyyən etməkdir. Namizəd nə qədər hazırlıqlı və təcrübəli olsa belə bəzi suallar onu çətin vəziyyətə sala bilər. Əgər siz də çətin vəziyyətə düşmək istəmirsinizsə o zaman müsahibə zamanı verilən 11 sual və onlara verilməli olan cavabları nəzərinizə çatdırırıq.

    1“Özünüz haqqında məlumat verə bilərsiniz?”

    İlk baxışdan sadə bir sual, amma diqqət etməlisiniz ki, sual sizin şəxsi həyatınızı əhatə etməsin. Müsahibə götürənə sizin bu işə layiq olub-olmadığınızı müəyyə etmək üçün beyninizin dərinliklərini bilmək nə qədər vacib olsa da, siz cavablarınızda təhsil, karyera planlarınız və iş təcrübənizlə kiyafətlənməlisiniz.

    Suala necə cavab vermək lazımdır?

    Ailə və hobbinizi müzakirə etmədən, sizin şirkətə gətirə biləcəyiniz xeyiri təsvir edə biləcək amillərdən danışmaq. 

     

    2. "5 ildən sonra özünüzü harda görürsünüz?"

    Bu sual tələdir. Ona görə təhsilinizi davam etdirmək istədiyinizi, tamamilə başqa sahədə daha yaxşı vəzifəyə keçmək istədiyinizi, öz biznesinizi qurmaq istədiyinizi deyərək tələyə düşməyin.

    Suala necə cavab vermək lazımdır?

    Şirkət tezliklə onun sıralarını tərk edəcək işçidə maraqlı deyil. Səmimi olun və düzünü deyin ki, uzun müddət sizi cəlb edəcək iş axtarışındasınız.

     

    3. "Hansı zəif cəhətləriniz var?"

    Standart olaraq “mən mükəmmələm” tipli cavablar verməyə tələsməyin. Çox güman müsahibə götürən şəxs bu kimi cavabları artıq dəfələrlə eşidib və bu cavab formasından yorulub. Eyni zamanda bu cavab o deməkdir ki, siz öz üzərinizdə heç işləmirsiniz.

    Suala necə cavab vermək lazımdır?

    Daha dərinə gedin, əgər siz özünüzün zəifliyiniz haqqınızda danışırsınızsa , dərhal onunla bağlı çıxış yolunu da deməlisiniz. Məsələn: “Mən ilk öncə asan tapşırıqları yerinə yetirir, daha çətinləri sonraya saxlayıram. Lakin anlayıram ki, əksinə etsəm faydalı iş əmsalı daha çox ola bilər.

     

    4 “Arzuladığınız iş haqqında bizə məlumat verin.”

    Bu sualın əsas məqsədi sizin konkret bu işə qarşı nə qədər ciddi olduğunuzu yoxlamaqdır.

    Suala necə cavab vermək lazımdır?

    Sadəcə “mən burada işləmək istəyirəm” deməyiniz kifayətdir.

     

    5. "Siz istirahət günü və ya məzuniyyətdə elektron poçtunuzu yoxlayırsınız?"

    Bir tərəfdən müsahibə götürənə sizin işinizə qarşı məsuliyyətli olduğunuzu və bu baxımdan da sizinlə lazım olan anda əlaqə saxlamağın mümkün olduğunu göstərməyiniz yaxşı olardı. Ancaq digər tərəfdən müsahibə götürən sizin şəxsi həyatla iş arasında balansın vacibliyini anladığınıza əmin olmalıdır.

    Suala necə cavab vermək lazımdır?

    İşə götürən tərəf sizin işinizə qarşı məsuliyyətli olduğunuzu bilməlidir. Amma eyni zamanda siz onu başa salmalısınız ki, sizin şəxsi (boş) vaxta ehtiyacınız var. Müsahibə zamanı bildirin ki, siz istirahət günlərindən əvvəl bütün işlərinizi qaydasına salacaqsınız və hansısa təcili bir məqamda şirkət sizinlə rahat əlaqə qura bilər.

     

    6. "Siz bu müsahibəyə necə hazırlaşmısınız?"

    Bu sualı verməklə müsahibə götürən şəxs sizin bu işi əldə etmək istəyinizi yoxlayır.

    Suala necə cavab vermək lazımdır?

    Müsahibə götürənə deyin ki, müsahibəyə gəlməmişdən öncə siz şirkət haqqında oxuyub, onun fəaliyyəti ilə tanış olmusunuz. Bu zaman şirkətin istehsal etdiyi hər hansı məhsul haqqında qısa biliyinizi nümayiş etdirsəniz daha yaxşı olar.

     

    7. "Siz niyə bu şirkətdə işləmək istəyirsiniz?"

    Yenə də bu sual sizin işə qarşı nə qədər ciddi olduğunuzu göstərir.

    Suala necə cavab vermək lazımdır?

    Bu suala cavab verəcəyiniz uyğun cavabı diqqətinizə çatdırırıq.

    I Mənim artıq sizin şirkətdə çalışan bir neçə tanışım var və onlardan şirkət və iş prosesi barədə ancaq müsbət rəylər eşitmişəm.

    II Veb saytınız və sosial şəbəkələrdəki səhifələrinizdə şirkət əməkdaşlarının fikirləri və s. çox xoşuma gəldi.

    III Sizin şirkət insanlara yardımçı olan keyfiyətli məhsulların istehsalçısıdır. Sizin fəaliyyətiniz şirkət haqqında çox maraqlı təəssürat yaradır. Mən də bu komandanın bir üzvünə çevrilmək istərdim.

     

    8. "Siz tək və ya komanda daxilində işləməyi üstün tutursunuz?"

    Əgər tək işləməyi xoşladığınızı söyləsəniz müsahibə götürəndə sizə qarşı belə fikir yarana bilər ki, siz çətin əlaqə qura bilən və ancaq öz tapşırığı ilə məşğul olan birisiniz. Digər tərəfdən komanda daxilində işləməyi xoşladığınızı desəniz elə fikir yaranacaq ki, siz müstəqil fikir qəbul edə bilmirsiniz.

    Suala necə cavab vermək lazımdır?

    Qeyd edə bilərsiniz ki, sizə hər iki formatda işləmək uyğundur. Məsələn komanda daxilində işləməklə siz yeni biliklər əldə edə və fikir mübadiləsi həyata keçirə bilərsiniz. Ancaq siz tək işləməyin də zövqlü olduğunu düşünürsünüz. Özünüz qərar verərək, nəyəsə nail olmaqdan çəkinmirsiniz.

     

    9. ​"Əvvəlki iş yerinizdən niyə çıxdınız?"

    Bu suala cavab zamanı keçmiş iş rəhbəriniz və əməkdaşlarınız haqqında mənfi detalları deməyin. Çünki müsahibə götürən keçmiş iş yerinizlə əlaqə saxlayaraq sizin sözlərinizi yoxlaya bilər, bu isə xoşa gəlməz hallar yarada bilər.

    Suala necə cavab vermək lazımdır?

    Mənfi cəhətlərə köklənməmək şərti ilə çıxma səbəbinizin düzünü deyin. Əvvəlki iş yerinizdə öyrəndiyiniz biliklər və qazandığınız təcrübəni də qeyd etməyi unutmayın. Çıxma səbəbinizi artıq yeni bir sahəyə keçmək, özünüzü yoxlamaq istəyinizlə əlaqələndirə bilərsiniz.

     

    10. "İş yerinizdə elə olubmu ki, rəhbəriniz və ya iş yoldaşlarınız sizdən prinsiplərinizə zidd olan bir iş görməyi istəyiblər?"

    Bu sual sizin etika və əxlaqi prinsiplərinizi yoxlamaq məqsədi daşıyır. Bu zaman keçmiş rəhbəriniz və ya iş yoldaşlarınızın dalınca danışmaq formatına keçmədən suala cavab vermək lazımdır.

    Suala necə cavab vermək lazımdır?

    Çalışın ki, cavabınız qısa, dürüst və dəqiq olsun. Peşəkarlıq çərçivəsindən kənara çıxmadan keçmiş işinizin məxfi məlumatlarını çatdırmayın.

     

    11. "Maaşla bağlı gözləntiniz nədir?"

    Bu sual hər iki tərəfi xoşagəməz hala sala bilər. İş burasındadır ki, əksər hallarda müsahibə götürənin maaşı müzakirə etmək ixtiyarı olmur. Bu sualı verməklə o, şirkətin sizi götürməyə imkanı çatıb-çatmayacağını yoxlamaq istəyir.

    Suala necə cavab vermək lazımdır?

    Müsahibəyə getməmişdən öncə öz sahənizdə mövcud əmək haqqlarını analiz edin. Bundan sonra aşağıdakı cavabdan birini seçə bilərsiniz.

    I Gəlin öncə bu vəzifəyə  sizin tələbləriniz haqqında danışaq, ondan sonra mən sizin sualınıza cavab verə biləcəm.

    II Mən özümə uyğun, təcrübəm və biliklərimi artıracaq iş axtarışındayam. Əminəm ki, siz bazara uyğun maaş verirsiniz. Sadə dillə desək “ Mən özümə dəyər verirəm və ümid edirəm ki, hörmətli bir şirkətlə işləyəcəm.

     

    Bütün bu suallara cavab zamanı konkret və səmimi olun. Özünüzdən nəsə əlavə şey kəşf etməyə ehtiyac yoxdur. İstənilən halda gec və ya tez yalanınızın üstü açılacaq. Özünüzə əmin olun və əgər müsahibə uğursuz keçdisə bəlkə də o iş heç sizə uyğun deyildir.