Azərbaycanlı milyarder: “Spartak”ın maliyyəsini artırmayacağıq”

  • Azərbaycanlı milyarder: “Spartak”ın maliyyəsini artırmayacağıq”

    Azərbaycanlı milyarder: “Spartak”ın maliyyəsini artırmayacağıq”

    “Lukoyl” “Spartak”ın maliyyəsini artırmayacaq. Baxmayaraq ki, bu klub Rusiya çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb”

    TASS-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında deyib. Azərbaycanlı milyarderin fikrincə, Çempionlar Liqasına vəsiqə qazanması “Spartak”a əlavə qazanc imkanı verir: “Klub özü qazanmalıdır. Amma vurğulamalıyam ki, “Spartak”ın maliyyəsini azaltmayacağıq və klubun baş sponsorları kimi qalırıq”.

    Qeyd edək ki, “Spartak” bu mövsüm 10-cu dəfə Rusiya çempionu olub.