"Snapchat" dəyərdən düşdü

  • "Snapchat" dəyərdən düşdü

    Mobil mesajlaşma tətbiqi "Snapchat"i yaratmış "Snap" adlı şirkətin səhmləri şirkətin üç aylıq tarixindəki ən aşağı səviyyəyə enib.

    Nyu-York Birjasında əməliyyat görən "Snap" şirkətinin səhminin dəyəri, keçən həftə 16% ucuzlaşdıqdan sonra, bu gün də 3,3 faiz dəyərdən düşüb.


     
    "Snap"in səhm qiyməti bu gün 17 dollara qədər geriləyib Beləliklə, şirkətin səhmi  ilk IPO  edildiyi qiymətə qədər düşmüşdür. Bundan başqa, şirkətin bazar dəyəri də 20 milyard dollardan aşağı enib.


     
    2 Martdakı IPOsunda şirkətin səhmləri 17 dollardan satışa təqdim olunmuş və 2 saat içində 25,75 dollara çıxaraq 51 faiz bahalaşmışdı.


     
    Həmin gün, "Snap"in bazar dəyəri təxminən 36 milyard dollar olarkən, şirkət, bazar dəyəri təxminən 11 milyard dollar olan "Twitter"ı geridə qoymuşdu.


     
     ABŞ-ın texnologiya firmalarının səhmlərinin bu həftə düşdüyünə diqqəti çəkən mütəxəssislər, investorların "Snap" səhmlərində də satışa yönəldiklərini bildirirlər.