“Travmalı uşaqlara müdaxilə texnikaları” mövzusunda elmi-praktiki təlim

  • “Travmalı uşaqlara müdaxilə texnikaları” mövzusunda elmi-praktiki təlim

    “Travmalı uşaqlara müdaxilə texnikaları” mövzusunda elmi-praktiki təlim

    “Business Service Centre” MMC-nin sponsorluğu və təşkilatçılığı ilə 17-18 fevral tarixlərində Royal Hoteldə “Travmalı uşaqlara müdaxilə texnikaları” mövzusunda elmi-praktiki təlim keçirildi. Təlim Kiprdən dəvət olunmuş Amerikalı Klinik Sağlık Psixoloqu Yrd.Doç.Dr Linda Fraimın Spikerliyi ilə baş tutdu. Təlimdə uşaq problemləri müzakirə olunaraq, həmin problemlərin həlli yolları ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.

    Təlim nəzəri və Workshop olmaqla 2 hissədən ibarət idi. Nəzəri hissə çərçivəsində “Travmalı uşaqlarla danışıq üsulları”, “Travma ilə bağlı ümumi məlumat; (dinamiklər, təsirləri və patoloji fəsadlar)”, travmalı uşaqlara yanaşma tərzi, kontakt və güvənli əlaqə yaratmaq üçün texnikalar və digər məsələlərə toxunularaq iştirakçılara zəruri məlumatlar verildi. Workshop hissədə isə iştirakçılarla duyğularla Cenga üsulu, Oyun Hamuru çalışması və digər stolüstü oyunlar oynanıldı, proqressiv rahatlama texnikaları izah olundu.

    Təlim 110 nəfərin iştirakı ilə baş tutdu. İştirakçılar arasında psixoloqlar, bağça və məktəb direktorları, müəllimləri, həkimlər üstünlük təşkil edirdi. Sertifikatla təltifetmə mərasimindən sonra təlimin sonunda xatirə şəkli çəkildi.