Cəmiyyətin təsisçisi ilə müsahibə

İkram Fikrətoğlu

Cəmiyyətin təsisçisi ilə müsahibə



Cəmiyyətin təsisçisi

Business Service Centre – in
təsisçisi

İkram Fikrətoğlu ilə müsahibə.

Sual: Business Service Centre - in təsis edilməsində əsas ideya nədən ibarət idi?

 

Cavab: Şirkətin açılması 1997 – ci ilə təsadüf edir. Şirkətin adı və fəaliyyətinin əsası biznesmenlərə, iş adamlarına və bu sahədə özünü sınamaq və çalışmaq istəyən sahibkarlara hüquq, maliyyə, mühasibatlıq, kadr və idarəetmə xidmətlərinin təqdim edilməsi, onlara adı çəkilən sahələr üzrə məsləhət və faktiki xidmətlərin verilməsi, o cümlədən həmin sektorlar üzrə onların maarifləndirilməsi nəzərdə tutulmuşdur. Sovet idarəetmə sisteminin çökməsi, müstəqilliyinə yeni qovuşmuş Azərbaycan Respublikasına da mənfi təsirini göstərməkdə idi.
Dövlət idarəetmə sistemlərindəki bürokratik problemlər, süründürməçilik, faktiki biznes sahəsində fəaliyyət göstərmək istəyən iş adamlarında müəyyən şübhələrə, qorxulara məruz qoyurdu. Mərhum Prezidentimiz H. Əliyevin təşəbbüsü, qəbul etmiş olduğu qərarlar, o cümlədən "Əsrin müqaviləsi"nin imzalanması – Azərbaycan Respublikasının başçısına olan güvən, etibar nəticəsində Azərbaycanın iqtisadiyyatına sərmayə qoymaq arzusunda olan şirkətlərin sayını artırdı. Azərbaycan Respublikasında qanunun aliliyi əsas prinsip olması ilə bizim şirkətin fəaliyyətinin əsasını təşkil edən hüquq, maliyyə, mühasibatlıq, kadr, idarəetmə xidmətlərinə də günü gündən tələbat artdı. Bu gün də qanunun aliliyi prinsipini qoruyan dövlət başçımız İlham Əliyev də, H. Əliyev prinisipini davam etdirməkdədir .

 

Sual: Siz hansı sektorla və müştəri portfeli ilə çalışırsınız?

 

Cavab: Bizim şirkətimiz konkret olaraq biznesmenlərə, iş adamlarına və sahibkarlara ixtisaslaşdırılmış hüquq, maliyyə, mühasibatlıq, kadr və idarəetmə xidmətlərini həyata keçirməkdədir və bu sahələr üzrə tam ixtisaslaşmış bir şirkətdir.
Şirkətlərin açılması, şirkətlərin fəaliyətnin hüquqi tənzimlənməsi, maliyyə-mühasibatlıq vergi mühiti ilə əlaqədar müştərilərin məlumatlandırılması, kadr işinin təşkili və başqa xidmətlərimiz müştərilərimizin məmnuniyyətini qazanmaqdadır.
Şirkətimizə müraciət edən iş adamları vaxt itkisinə məruz qalmadan qoyulmuş sualların doğru cavabları və həlli yollarını əldə edirlər.

 

Sual: Azərbaycandakı şirkətlərin və investorların biznes mühitini necə xarakterizə edərsiniz?

 

Cavab: Müstəqillikdən sonra ilk vaxtlar bir qədər mürəkkəb olsa belə biznes mühit artıq yaxşı təşkil olunmuşdur və əsas infrastruktur və müəssisələr də fəaliyyətdədir. Azərbaycan özünə inamlı bir ölkədir, Azərbaycan şirkətləri ölkənin sərhədlərini aşmağa başlamışdır və bizim şirkət də daxil olmaqla korporativ sektora dövlətdən tam dəstək verilir, çünki bizim fəaliyyətimiz onun strategiyasına uyğundur. Azərbaycan xalqı öz dövlətinə inanır.

 

Sual: Daha yaxşı investor mühitinə çevrilmək üçün biznes mühitində hansı problemlər qalmaqdadır?

 

Cavab: Hesab edirəm ki, daha çox azad iqrtisadi zonaların yaradılmasına ehtiyac vardır və bu məsələ hökümətin gündəliyinə daxildir. Həmçinin banklar da aşağı faiz dərəcələri ilə daha uzunmüddətli kreditlər təklif etməlidir. Eləcə də daha çox sənaye sahələrinin yaradılmasına ehtiyac duyulur. Bu qaydada mən hesab edirəm ki, xarici investorlar ölkəyə vəsait qoymaqda daha inamlı rol oynayacaqlar.

 

Sual: Azərbaycana gələcək potensial investorlara hansı məsləhətlər verərdiniz?

 

Cavab: Onlar vergidən xəbərdar olmalıdırlar – Azərbaycanda çoxsaylı vergilər vardır. Eyni qaydada onlar şirkət təsis etməyin asanlığından da xəbərdar olmalıdırlar.

 

Sual: Business Service Centre şirkəti üçün İSO sertifikasiyasına nail olmaq nə kimi əhəmiyyətə malikdir?

 

Cavab: Müstəqillikdən sonra hüquqi firma olaraq yaradılan ilk şirkət olduğumuz üçün biz beynəlxalq standartlar çərçivəsində fəaliyyət göstərməyi qərara aldıq. Bizim şirkət bu sertifikasiyaya malik olan yeganə şirkətdir. Bu sertifikasiya öz müştəri portfelimizi genişləndirməyə yardım etmişdir.

 

Sual: Aralıq müddətdə Azərbaycanda iqtisadiyyat üzrə hədəfiniz nədən ibarətdir?

 

Cavab: Hesab edirəm ki, 2013 – cu il çox yaxşı olacaq. Biz 2004-cü və 2005-ci illərdə sürətli artım müşahidə etdik və gələcəkdə daha sürətli iqtisadi artım gözləyirik, çünki, artıq Azərbaycan doqquz iqlim növünün, eləcə də çox güclü küləklərin, çox saylı çayların və günəş şüalarının mövcudluğu sayəsində alternativ enerji üçün əsas mərkəzə çevrilir. Azərbaycan öz alternativ enerji sənayesini inkişaf etdirərsə, bu, kənd təssərrüfatı sektorunun, sənayenin və turizm sektorunun inkişafına yardım göstərəcək. Türkiyə regionda birinci yerdə qərarlaşır, lakin qəti olaraq hesab edirəm ki, Azərbaycan ikinci və ya üçüncü yerə asanlıqla nail ola bilər.