Baxış və dəyərlər

Baxış və dəyərlər

VİZYONUMUZ

"Business Service Centre" MMC olaraq Hüquq, Mühasibatlıq, İnsan resursları və Marketinq sahəsində xidmətlərimizi ölkə çərçivəsindən kənara çıxararaq qlobal miqyasa gətirməklə beynəlxalq səviyyəli konsaltinq şirkət olmaq.

 

DƏYƏRLƏR

 

 

Keyfiyyət

Təqdim etdiyimiz xidmətlərinin keyfiyyətli şəkildə icra olunmasını daim diqqət mərkəzində saxlayırıq. Şirkət üçün ən vacib məsələ xidmət keyfiyyətinin daim artırılması və müştəri məmnuniyyətinin qorunub saxlanılmasıdır.

 

Dürüstlük

Əldə olunan məlumatları düzgün dəyərləndirmək və müştəriyə obyektiv və dürüst məlumat vermək bizim üçün əsas aparıcı prinsipdir. İşimizi dürüstlüklə və vicdanla yerinə yetirmək uzun müddətli fəaliyyətimizdəki uğurlarımızın əsas meyarıdır.

 

Məxfilik

Cəmiyyətimizin iş prosesində əldə olunan informasiyalar tamamilə məxfi saxlanılır. "Business Service Centre" MMC olaraq sizin məlumatlarınızın tam məxfi saxlanmasına zəmanət veririk. Hətta məlumatlarınızın məxfiliyi sizinlə bağlanmış müqavilələrin bitməsindən sonra da təmin edilir. "Business Service Centre" MMC onunla əməkdaşlıq edən müəssisələrin etibarını qazanmağı üstün tutur.

 

İş etikası

Gördüyümüz işi vicdanla yerinə yetirmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə işgüzar münasibətləri etik normalar çərçivəsində inkişaf etdirmək şirkətin yarandığı gündən bu günədək qəbul etdiyi dəyərlərdən biridir.

 

Müasirlik

Peşəkarlıq səviyyəsi yüksək olan komandamız öz fəaliyyətini ən son qanunlar və yeniliklərin əsasında qurur. Müasir düşüncə tərzi komandamızın hər bir üzvünün şəxsi keyfiyyətlərindəndir.

 

Yüksək səmərəlilik

"Business Service Centre" MMC-nin hədəfi fəaliyyətinin səmərəliliyini yüksək səviyyədə saxlamaq və bununla da müştərilərə zamanında, dəqiq və keyfiyyətli xidmət göstərməkdir.

 

İnsan və fikrə hörmət

Hüquq, mühasibatlıq, marketinq və insan resurları xidmətləri göstərərkən şirkətimiz öz müştərisinin təklif və tövsiyyələrinə hörmətlə yanaşır və qarşılıqlı hörmət çərçivəsində öz müştəriləri ilə iş birliyi yaradır.