"Hüquqşünas" vakansiyası

Vəzifə öhdəlikləri:

- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi; 
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi; 
- Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması; 
- Protokolların aparılması, hazırlanması; 
- Problemli müştərilərlə görüşlərin təşkili; 
- Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi; 
- Məhkəmədə və digər orqanlarda Şirkətin adından çıxış edilməsi; 
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Tələblər:

- Ali hüquqi təhsil
- 3-5 il iş təcrübəsi 
- Rus və İngilis dillərini mükəmməl bilməli
- Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə məlumatlı olmalı
- Microsoft Office proqramlarını bilməli
- Analitik düşünmə qabiliyyəti
- Məhkəmə proseslərində iştirak təcrübəsi
- Səlis danışıq qabiliyyəti

İş qrafiki:
- Həftədə 5 gün 09:00 - 18:00, şənbə 13:00
- Əmək haqqı 1000-1200 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@bsc-group.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Hüquqşünas” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.