"Kadr sənədləşməsi üzrə mütəxəssis" vakansiyası

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurların yerinə yetirilməsi; - Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi; - Məzuniyyət qrafikinin və cədvəlinin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasının təmin edilməsi; - Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi; Tələblər: - Hüquq sahəsində ali təhsil; - Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; - Rus dilini bilməli; (İngilis dili üstünlükdür) - AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı; - Microsoft Office proqramlarını bilməli İş qrafiki: - Həftədə 5 gün 09:00 - 18:00, şənbə 13:00 - Əmək haqqı 600 AZN + Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@bsc-group.az elektron ünvanına göndərə bilərlər.