"Qrafik dizayner" vakansiyası

Vəzifə öhdəlikləri:

- Korporativ üsul və brendin tələblərinə uyğun olaraq müxtəlif qrafik dizayn işlərinin hazırlanması; (buklet, flayer, kataloq, billbord və s)
- SMM üçün vizual materialların hazırlanması, hazır şəkillər üzərində müxtəlif dəyişikliklərin edilməsi;
-  Qrafik dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
- Təlimatlar və verilən məlumatlar əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
-  Materialları şirkətin korporativ üsul və brendinə uyğun olaraq hazırlanması;

Tələblər:

- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Kreativlik və qeyri standart düşünmək bacarığı;
- Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign, CorelDraw kimi qrafik proqramlarda işləmə bacarığı;
- Özünəməxsus iş portfelinin olması;

İş qrafiki:
- Həftədə 5 gün 09:00 - 18:00, şənbə 13:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@bsc-group.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Qrafik dizayner” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.