Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır.
Ölkə başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının da 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əmək haqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli şəkildə yüksəlməsi ilə nəticələnib.