3 ulduz otel tikənə ucuz kredit veriləcək

  • 3 ulduz otel tikənə ucuz kredit veriləcək

    3 ulduz otel tikənə ucuz kredit veriləcək

    İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

    - ixtisaslaşdırılmış “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması.

    Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.