Azərbaycanda elektron biznes qurmaq asanlaşacaq – XÜSUSİ İNFRASTRUKTUR

  • Azərbaycanda elektron biznes qurmaq asanlaşacaq – XÜSUSİ İNFRASTRUKTUR

    Azərbaycanda elektron biznes qurmaq asanlaşacaq – XÜSUSİ İNFRASTRUKTUR

    2017 ilin mart-aprel aylarında “Vahid Elektron Ticarət və Elektron Biznes Platforması” tam gücü ilə fəaliyyətə başlayacaq”.

    Bunu “Vahid Elektron Ticarət və Elektron Biznes Platformasının”yaradılması layihəsinin rəhbəri Aqil Babayev bildirib.

    “Azərbaycanda elektron ticarətin inkişafı üçün xüsusi infrastrukturun qurulması və genişlənməsi məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununmaliyyə dəstəyi ilə “Vahid Elektron Ticarət və Elektron Biznes Platformasının”yaradılması layihəsini 2016-ci ilin yanvar ayından start verildi. Layihənin müddəti 10 ay olduğundan 2016-ci ilin noyabr ayında layihə üzərində əsas işlər bitibdir. 4-5 aylıq test dövründən sonra 2017 ilin mart-aprel aylarında “Vahid Elektron Ticarət və Elektron Biznes Platforması” tam gücü ilə fəaliyyətə başlayacaq. Bu müddət ərzində isə təchizatçı və istehsalçı şirkətlərlə, ticarət firmaları və topdan satışla məşqul olan sahibkarlarla əməkdaşlıq qurulacaq və müqavilələr bağlanacaq. Parallel olaraq investorların cəlb edilməsi məsələsi ilə də məşğul olacağıq” – Aqil Babayev deyib.

    O qeyd edib ki, təqdim etdiləcək Platforma elektron ticarətin inkişafına nail olmaq üçün innovativ biznes modellər tədbiq edəcək: “Burada “ Vahid Ticarət Mərkəzinin”, “Vahid kuryer və çatdırılma servisinin”, “ Vahid Elektron kredit xidmətinin” yaradılması və fəaliyyəti nəzərdə tutulub. Pərakəndə və internet mağazalara, elektron ticarətlə məşğul olmaq istəyən şəxslərə (xüsusilə də gənclərə) geniş və əlverişli imkanlar yaradılacaq. Yeni “Elektron iş” mexanizmi tədbiq ediləcək”.

    Platforma nəinki pərakəndə satışlarla, həmdə pərakəndə və internet mağazaların məhsul təchizatı ilə də məşğul olacaq. Təchizatçı şirkətlər, xarici ticarət şirkətləri, topdan satıçılar və sahibkar isə burada topdan və pərakəndə satış qiymətlərlə məhsullarını satmaqla yanaşı, geniş virtual diler şəbəkəsi quracaqlar. Sifariş olunan məhsullar bir-başa alıcıların və ya mağazarın ünvanlarına çatdırılacaq.

    Layihənin əsas strateji məqsədi – Azərbaycanda ən yeni, innovativ infrastruktur həllər tədbiq etməklə olkədə kiçik və orta sahibkarlığın, elektron və mobil ticarətin yüksək sürətlə inkişafına, biznes strukturların və mağazaların elektron və mobil ticarətə marağının artmasına və bu prosesdə geniş iştirakına nail olmaqdır.

    Aqil Babayev əlavə edib ki, layihənin əsas vəzifələri aşağıdakılardır:

    2018-2020 illər ərzində Azərbaycanda 500-dən çox şirkət və mağazanı və 100-yə yaxın təchizatçı şirkəti elektron ticarətə cəlb etmək, onlara elektron bizneslərini qurmaq və inkişaf etdirməkdə dəstək olmaq;

    -2020-ci ilə qədər 1000-dən çox fərdi sahibkarı elektron ticarət sahəsində biznes qurmağa cəlb etmək və dəstək vermək;

    Onun sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi ölkənin iqtisadi-sosial inkişafında bir-sıra müsbət nəticələrin əldə olunmasına imkan yaradacaq:

    • Azərbaycanda internet iqtisadiyyatın formalaşması, elektron ticarətin, elektron biznesin yüksək templə inkişafı, elektron ticarət dövriyyəsinin hər il ən azı 30-40% artması;
    • Azərbaycanda elektron ticarət, elektron bizneslə məşqul olan şirkətlərin və sahibkarların yaranması və çoxalması;
    • Azərbaycanda elektron sahibkarlığın yaranması və inkişafı. Mağazaların bu prosesə qoşulması və gəlirlərinin artması;
    • Yeni internet mağazaların yaranması, bizimlə əməkdaşlıq edən mövcud internet və oflayn mağazaların inkişafı və gəlirlərinin artması, yaranan problemlərinin həll edilməsi;
    • Elektron ticarət sahəsində yeni servislərin, e-həllərin və proqramm təminatlarının tədbiqi;
    • Dövlət büdcəsinə daxil olan maliyyə vəsaitinin (vergilər və sairə ödəmələr) miqdarının və nağdsız ödənişlərin artması, şəffaflığın təmin olunması;
    • Yerli ixracyönümlü məhsulların xarici bazarda tanıdılması və bu istiqamətdə ticarət dövriyyəsinin artması. Yerli və xarici şirkətlərin ticarət əlaqələrinin yaranması və inkişafı. İdxal-ixrac əməliyyatlarının çoxalması;
    • Şirkət və mağazaların bu prosesdə iştirakının artması, əhalidə internet və mobil telefonla alış-veriş etmək, müxtəlif ödəniş sistemləri və kartlar vasitətəsi ilə əməliyyat aparmaq, ödəniş etmək bacarıqlarının formalaşması və genişlənməsi;
    • Reqionlar və Mərkəz arasında əlaqələrin güclənməsi və reqionların mərhələ-mərhələ bu prosesə cəlb olunması. İT sektorunun reqionlarda inkişafı.

    Mənbə: Marja