Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım var

  • Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım var

    Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım var

    2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlə 437,9 milyon manat təşkil edib ki, bu göstərici 2015-ci ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz artıqdır.

    Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında deyilir.

    Hesabatda verilən məlumata görə, bu dövrdə bitkiçilik sahəsində məhsul istehsalı 4,5 fasiz artıb.

    Hesabat apatılan dövr ərzində ölkədə 73,4 min ton ət, 290,1 min ton süd və 270,9 milyon ədəd yumurta istehsal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz artıb.

    Hesabat dövründə yaz əkini artıq başlayıb və 2016-cı il martın 1-i üçün 50,8 min hektar ərazi artıq səpilib. Ötən ili analoji dövrü ilə müqayisədə bu, 6,4 faiz çoxdur.

    Hesabata əsasən, mövsüm başlayandan 30,1 min ton çoxillik bitki, 10,4 min hektar kartof, 7,5 min ton tərəvəz, 2,6 min ton taxıl və paxlalı bitki, eləcə də 100 hektar şəkər çuğunduru əkilib.