BSC Hüquq Departamentinin İcra şöbəsinin illik hesabatı

  • BSC Hüquq Departamentinin İcra şöbəsinin illik hesabatı

    BSC Hüquq Departamentinin İcra şöbəsinin illik hesabatı

    2017-ci il də qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərin fonunda milli iqtisadiyyatımız inkişafını davam etdirmiş, sabitlik və dayanıqlılıq kimi müsbət tendensiyalar ölkənin bütün sektorlarının inkişafında da öz real əksini tapmışdır. O cümlədən Business Service Centre MMC üçün 2017-ci il əlamətdar olmuş, uğurlu xidmət və xidmətlərin təqdimatı ilə yanaşı, keyfiyyət dəyişikliyi və əldə etdiyi uğurlarla nüfuzunu daha da möhkəmləndirməsi ilə yadda qalmışdır.

    Hesabat dövrü BSC üçün həm uğurlu, həm də əzmkar fəaliyyəti ilə səciyyələnir. Bu il də Coca-Cola, Azercell, Atəşgah, Beynəlxalq Siğorta, Nano layihələri üzrə ən yüksək səviyyədə xidmət göstərmişik. Hüquq departamentinin İcra şöbəsi olaraq 2016 icra debitor borcları üzrə xidmət göstərdiyimiz müəssisələrə qaytarılan vəsait 388,076 AZN olmuşdur. 2017-ci il üzrə isə bu rəqəm 14% artaraq 454,707 AZN-ə qədər yüksəlmişdir. Bu isə şirkətin xidmət sahələrinin artması ilə bağlı qarşısına qoyduğu hədəflərə nail olmasının, həmçinin Hüquq, Mühasibatlıq, İnsan resursları və Marketinq sahəsində xidmətlərimizi ölkə çərçivəsindən kənara çıxararaq qlobal miqyasa gətirməklə beynəlxalq səviyyəli konsaltinq şirkət olmaq missiyasını uğurla icra etməsinin göstəricisidir. Müştərilərimizin biznesi haqqında hərtərəfli məlumatlı olmağımız bizim işimizin səmərəliliyinin daim yüksək səviyyədə olmasının əsas meyarıdır.

    Qarşıda şirkətimizi daha yüksək hədəflər gözləyir. Qarşımıza qoyduğumuz məqsədlərin reallığa çevrilməsində bizimlə birgə addımlayan, Business Service Center MMC- ni seçən müştəri və biznes tərəfdaşlarımıza göstərdikləri etimada görə təşəkkürümüzü bildiririk.