Dünya Bankından kiçik sahibkarlara – MİKROKREDİTLƏR

  • Dünya Bankından kiçik sahibkarlara – MİKROKREDİTLƏR

    Dünya Bankından kiçik sahibkarlara – MİKROKREDİTLƏR

    Bu gün Dünya Bankının (DB) Azərbaycanla bağlı yeni qərarı gözlənilir. DB Bakı ofisindən fins.az-a verilən xəbərə görə, Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayılması nəzərdə tutulur. Kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.

    Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayev bildirdi ki, DB-nin yeni kreditləri 17 müddətinə, illik libor+1% (təxminən 2-3 faizlə) hesabı ilə veriləcək. İlk 5 ildə kreditin qaytarılması üçün möhlət müddəti olacaq.

    İnfra struktur layihələri

    Qeyd edək ki, yeni kredit qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq. R.Rzayev bildirdi ki, kredit əsasən, 3 istiqamətdə istifadə ediləcək: mikro layihələr, icmaların məşğulluq layhələri, təhsil və biznes imkanları.

    “Vəsaitin bir hissəsi kiçik infrastruktur layihələrinə sərf ediləcək. Burada məcburi köçkünlərin yaşadıqları ərazilərdə yol çəkilməsi, elektrik enerjisi ilə təminat, məktəb və səhiyyə müəssilərinin tıkilməsi nəzərdə tutulur. Həmin layhələrdə işçi qüvv əsi kimi yerli sakinlərdən istifadə ediləcək”.

    Mikrokreditlər

    Kreditin 2-ciistiqamətiicmalaravə fərdi şəxslərə mikrokreditlərinverilməsinə sərfolunacaq. Təqdim edilən layihələr qiymətləndirildikdən sonra onların maliyyələşməsinə qərar veriləcək.

    Öz biznesini qur

    Layihənin 3-cü istiqaməti isə daha çox gənclərin məşğulluğuna yönələcək. Belə ki, ayrılan kredit hesabına məcburi köçkünlər üçün ixtisasyönümlü kurslar təşkil ediləcək. Gənclər sənətə yiyələnditdən sonra onlara müəyyən avadanlıqların alınması üçün vəsait ayrılacaq. Məsələn, əgər bir nəfər dərzilik kursunu bitiribsə, ona bu ixtisas üzrə işləməsi üçün lazım olan avadanlıqların alınması nəzərdə tutulur. Bununla gənclərin öz bizneslərini qurmalarına imkan yaradılacaq.

    Z.Rzayev bidirdi ki, bütün bu layihələri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu həyata keçirəcək. DB isə onların icrasına nəzarət edəcək.

    © fins.az