İş və istirahət günlərinin yeri dəyişdirildi

  • İş və istirahət günlərinin yeri dəyişdirildi

    İş və istirahət günlərinin yeri dəyişdirildi

    AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

    Q Ə R A R № 461

                                                                     Bakı şəhəri, 2 dekabr 2019-cu il

    İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.