“Maliyyə gündəliyi” nə üçün mütləqdir və niyə vacibdir?

  • “Maliyyə gündəliyi” nə üçün mütləqdir və niyə vacibdir?

    “Maliyyə gündəliyi” nə üçün mütləqdir və niyə vacibdir?

    Hər hansı bir sahə üzrə uğur qazanmağa qərar vermisinizsə, hər gün zamanınızın müəyyən bir hissəsini bu istiqamətdə çalışmaq kifayət etmir. İstənilən nəticənin əldə edilməsi üçün çox mühüm amil məqsədin düzgün şəkildə təyin edilməsi və əldə edilən nəticələrin təhlilidir. Məhz bu davranış tərzi ən çətin anlarda belə gücdən düşməyərək irəliyə doğru addımlamağa kömək edir. Məsələn, artıq çəkidən xilas olmağa çalışan bir şəxs mütəmadi olaraq çəki dəyişimlərini qeyd etməli və əldə edilən nəticələri müqayisə etməlidir. Bu zaman fərqi daha rahat şəkildə təyin etmək üçün çəkilən şəkillər daha effektiv xarakter daşıyır.

    Maliyyə məsələlərində də vəziyyət eynidir. Maliyyə gündəliyinin tərtib edilməsi eyni effektə sahibdir və onunla əvvəllər hansı səhvlərə yol verdiyinizi və bu səhvləri nə dərəcədə uğurla aradan qaldıra bildiyinizi göz önündə saxlamağa kömək edir.

    Gəlir və xərclərə nəzarət edirik:

    İnsanlar xüsusi olaraq xərcləri gəlirlərini əhəmiyyətli həcmdə geridə qoyduqda pul çatışmazlığı ilə üzləşirlər. Bu göstəriciləri bərabərləşdirmək üçün aylıq olaraq əldə etdiyiniz gəliri, əlavə gəlir mənbələri də daxil olmaqla (valideynlərin dəstəyi, bonus və s.) hesablamalısınız. Bu zaman xərcləri də hesablamalı olacaqsınız. Lakin bu zaman kreditin ödənilməsi, nəqliyyat xərcləri, kommunal ödənişlər, məhsul və geyim xərcləri kimi iri həcmli xərclər ilə yanaşı, xərclərinizin təxminən 10%-ni təşkil edən əyləncə xərclərini hesablamalısınız.

    Gəlir və xərclər haqqında bütün məlumatlar maliyyə gündəliyinə əlavə edildikdən sonra israf etdiyiniz məbləğin həcmini daha real şəkildə təyin edə bilərsiniz. İnsanlar bəzən bir neçə kiçik vərdişini dəyişməklə və yaxud ondan imtina etməklə öz maliyyə vəziyyətlərini necə rahatlıqla yoluna qoya biləcəkləri faktından heyrətə gəlirlər.

    Məişət mühasibatlığı:

    Hər hansı bir müəssisənin nə qədər effektiv fəaliyyət göstərdiyini təyin etmək üçün onun mühasibatlıq sənədlərinə diqqət yetirmək kifayətdir. Maliyyə gündəliyi demək olar ki, eyni funksiyanı yerinə yetirir. Kağız üzərində qeydə alınmış hər bir qəpik nəyə – maliyyə rifahı və yaxud iflasa can atdığınız haqqında təsəvvür yaradır. Bir çoxları belə düşünür ki, maliyyə gündəliyinin tərtib edilməsi, gəlir və xərclərin göz önündə saxlanılması tamamilə faydasız məşğuliyyətdir və heç bir nəticə vermir. Bunun üçün anlamaq mütləqdir ki, maliyyə gündəliyində sadəcə olaraq rəqəmləri qeyd etmək kifayət deyil, xərcləri azaldıb, gəlirləri artıraraq onları təhlil etmək lazımdır.

    Hesablamaq vərdişi:

    Maliyyə gündəliyi ilə işləmək üçün gün ərzində müəyyən zaman tələb olunur. İlk günlərdə bu məşğuliyyət təqribən 1 saatınızı tələb edə bilər, lakin zamanla bu müddət 10-15 dəqiqəyə enəcək.

    Yol verməmək şansınızın olduğu xərcləri hesablayarkən narahatlıq və hətta “vicdan sızlaması” yaşaya bilərsiniz. Lakin bu zaman yaşadığınız məhz bu narahatlıq hissi gələcəkdə sizi lazımsız xərclər və düşünülməmiş edilən alış-verişlərdən təhlükəsizlik yastığı kimi qoruyacaq.

    Məqsəd – motivasiya kimi:

    Bizi arzudan daha yaxşı nə motivasiya edə bilər?! Və gələcək üçün məqsəd təyin edərkən özünüzü cari şərtlər fonunda məhdudlaşdırmayın. Təyin etdiyiniz məqsəd nə qədər yüksək olsa, cəhdləriniz də bir o qədər yüksək olacaq. Hazırda planetin ən varlı insanları adlandırılan şəxslər ilk addımlarını məhz sözügedən bu məqsədlə atmışlar. Onlar sadəcə olaraq təyin etdikləri məqsədə can atmış və bunun üçün məqsədlər təyin etmişlər. Ola bilsin, onlardan heç də hamısı maliyyə gündəliyinə sahib olmayıb, lakin onlardan hər biri dəqiq olaraq bilirdilər ki, maliyyə məsələləri daimi nəzarət və təhlil edilmiş qərarlar tələb edir.

    Mənbə: banker.az