"Maliyyə-Mühasibatlıq üzrə Onset Təlim-Təcrübə" proqramı davam edir.

  • "Maliyyə-Mühasibatlıq üzrə Onset Təlim-Təcrübə" proqramı davam edir.

    "Maliyyə-Mühasibatlıq üzrə Onset Təlim-Təcrübə proqramı" davam edir. “ONSET” azərbaycan dilinə tərcümədə “Başlanğıc” deməkdir. Praktiki məşğələlərdə verilən tapşırıqlar və görülən işlər real şirkətlərin praktiki işlərinə əsasən aparılır. Dərslər həftədə 2 dəfə 8 saat olmaqla keçirilir. 

    Hal-hazırda davam edən "Onset Təlim-təcrübə proqramı" BSC Consulting&Oursourcing şirkətinin Maliyyə Departamentinin rəhbəri Arzu Xəlilova tərəfindən tədris olunur. 
    Arzu Xəlilova ixtisasça maliyyəçidir. Əvvəllər Əzizbəyov adına Azneftkimya institutunda mühasib, Azərbaycan Respublikası “Metallurgiya” Dövlət şirkətində xarici iqtisadi əlaqələr şöbəsində iqtisadçı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin layihə smeta bürosunda baş mühasib vəzifələrində çalışmışdır. 1997-ci ildən “Business Service Center"-də Maliyyə Departamentinin rəhbəri vəzifəsində çalışır.

    Gələcəyinizi peşəkarlarımıza həvalə edin!