Milyon dollarlıq ideyasından pul qazana bilmir – Stres çarxı

  • Milyon dollarlıq ideyasından pul qazana bilmir – Stres çarxı

    Milyon dollarlıq ideyasından pul qazana bilmir – Stres çarxı

    Son zamanlarda ən məşhur oyuncaqlardan biri olan stres çarxı olduqca çox satılır.
    İlk öncə bu oyuncağın kim tərəfindən icad edildiyinə baxaq. Stres çarxı ABŞ-ın Florida ştatında yaşayan 62 yaşlı Catherine Hettinger adlı bir qadın tərəfindən yaradılıb. O, ixtirasının bu qədər məşhur olmasına sevinir ancaq problem ondadır ki, Catherine bu oyuncağın satışından pul qazana bilmir.

    2005-ci ilə qədər oyuncağın patentinə sahib olan Catherine daha sonra 300 dollarlıq patent yeniləmə ödənişini etmədiyi üçün satışlardan öz payını ala bilmir. 62 yaşlı qadın: “Əgər o patenti yeniləsəydim çox gümanki hazırda milyonçu idim” deyir.

    Oyuncaq Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində məşhurdur. Ancaq yeni bir iddiaya görə bu oyuncaq uşaqlarda diqqət dağınıqlığı yaradır. Bu səbəblə ABŞ-ın bəzi əyalətləri və İngiltərədə stres çarxı qadağa edildi.

    Mənbə: bizplus.biz