Misir Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

  • Misir Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

    Misir Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

    Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin xarici işlər naziri Samih Şukri ilə görüşüb.

    Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın Misirdə yeni səfiri təyin olunması ilə bağlı etimadnamənin surətini təqdim edən T.Rzayev iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün səylərini səfərbər edəcəyini qeyd edərək, beynəlxalq təşkilatlarda Misir tərəfinin Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

    S.Şukri, öz növbəsində, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu, bu əlaqələrin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin vacibliyini vurğulayıb və T.Rzayevə gələcək fəaliyyətində uğurlar diləyib.