“Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları” mövzusuna dair seminar keçirildi.

  • “Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları” mövzusuna dair seminar keçirildi.

    “Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları” mövzusuna dair seminar keçirildi.

    23 may 2018-ci il tarixində Çıraq Plaza Hotel & Business Center-də “BSC Consulting&Outsourcing tərəfindən “Müasir əmək qanunvericiliyində işəgötürənlərin hüquqları” mövzusuna dair seminar keçirildi. Seminar “BSC” MMC-nin İnsan Resursları Departamentinin rəhbəri Təhminə Dəmirovanın spikerliyi ilə baş tutdu. Seminarda 30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, insan resursları üzrə mütəxəssisləri və mühasibləri iştirak etdilər.

    Seminarın mövzusu iştirakçılar arasında böyük bir maraq doğurmuşdur. Nəyə görə məhz işəgötürənlərin hüquqları? Bildiyimiz kimi müasir əmək qanunvericiliyinin əsas prinsiplərindən biri işçi və işəgötürənlərin hüquq bərabərliyinin qorunulmasıdır. Lakin Əmək Məcəlləsinin prototipi keçmiş sovet məcəlləsi olduğundan və o zamanlar işçilərin hüquqlarının pozulması barədə şüarlar üstünlük təşkil etdiyindən, müasir biznes qanunları mövcud olmadığından hazırki əmək qanunvericiliyində işəgötürənlərin hüquqlarının yazılmasına baxmayaraq, onların müdafiəsinin təminatı çətinliklərlə üzləşir. 
    Bu səbəbdən də müasir dövrdə biznes proseslərinin idarəedilməsi ilə əmək qanunvericiliyi arasında bir çox boşluqlar yaranır. BSC şirkətinin bu mövzuya müraciət etməsinin əsas səbəbi öz 20 illik təcrübəsinə əsaslanaraq işəgötürənlərə onların hüquq, vəzifə və məsuliyyətini dərindən izah etməklə qurduqları bizneslərini müəyyən risklərdən qorumaqdır.
    Mövzu çox geniş əhatə olunsa da, ona ayrılmış 5 saat çox maraqlı və interaktiv keçdi.
    Seminarda işçinin işə qəbulunundan başlayaraq işdən azad olunanadək işəgötürənlərlə işçi arasında olan münasibətlərin təhlili, problemlərdən çıxış yolları və sənədləşmənin hüquqi nöqteyi nəzərdən düzgün aparılması barədə geniş məlumat verilmişdir. Seminarın daha maraqlı keçirilməsi üçün işçi ilə işəgötürənin münasibətləri tək hüquqi deyil, psixoloji və idarəetmə nöqteyi nəzərdən də çox maraqlı bir tərzdə təqdim edilərək, müzakirə olundu. Belə ki, BSC-nin işçiləri tərəfindən dublyaj olunmuş məhşur filmlərdən fraqmentlər nümayiş etdirildi. Seminar iştirakçıları qaldırılan məsələlər ilə bağlı onları narahat edən suallar ilə maraqlı polemika yaratdılar.
    “BSC” - nin professional komandasının səyi nəticəsində tədbirin maraqlı keçməsi, şirkətin rəhbərliyində bu səpkidə seminarların mütəmadi olaraq keçirilməsi fikrini qətiləşdirmişdir.