Satış peşəkarının 7 xüsusiyyəti

  • Satış peşəkarının 7 xüsusiyyəti

    Satış peşəkarının 7 xüsusiyyəti

    Ümumi orta göstəricilərə nisbətən hər zaman daha yaxşısı üçün can atın. Gəldiyiniz səviyyə ilə kifayətlənməyin.

    Əgər bu cür davam etsəniz sizin inkişafınız sərf etdiyiniz enerjiyə nisbətən daha yüksək olacaqdır. Brian Tracy Satışda müvəffəqiyyətin yeddi qızıl qaydasının olduğunu söyləyir və gəlin bu yeddi qayda ilə yaxından tanış olaq.

    1. Ciddi olun

    İşinizdə hər zaman zirvəyə qalxmaq üçün çalışın. İşinizə, metodlarınıza, planlarınıza çox ciddi yanaşın. Unutmayın ki, onları sizdən daha gözəl anlayan və tətbiq edən olmayacaqdır.



    2. Zəif tərəflərinizi müəyyən edin

    Bacarıqlarınızı düzgün istifadə edin. Sizə lazımlı olan lakin zəif olduğunu düşündüyünüz istedadlarınızı aşkar edin və onları təkmilləşdirməyə çalışın.



    3. Doğru insanlarla dostluq edin

    Həm şəxsi həm də iş həyatınızda düzgün, dürüst və ağıllı insanlarla dostluq edin. Sizə onlardan xeyirdən başqa heç bir şey gəlməz. Həm şəxsi həyatınızda həm də işinizdə bu insanların köməkliyi ilə sürətlə irəliləyəcəksiniz.



    4. Sağlamlığınıza diqqət edin

    Müvəffəqiyyət qazanmaq üçün sağlam olmaq lazımdır. Yoxsa nəyə lazımdır müvəffəqiyyət?! Bunun üçün düzgün qidalanın və müntəzəm şəkildə idmanla məşğul olun.


    5. Özünüzü işinizin zirvəsində təsəvvür edin

    Gün boyu maksimum nəticə verdiyinizi düşünün, özünüzə müsbət enerji ötürün. Daim özünüzü iş görmək üçün hazır və həyəcanlı hiss edin.

    6. Özünüzlə daim pozitiv yöndə danışın

    Hər zaman özünüzə qarşı "mən bunu edə bilərəm" sözünü istifadə edin və özünüzlə olduğunuz kimi yox olmaq istədiyiniz kimi danışın. Mən xoşbəxtəm, sağlamam, bu işdə ən yaxşısı mənəm, bunu edə bilərəm ifadələrini özünüzə qarşı söyləməkdən çəkinməyin. Heç kimin sizi ruhdan salmasına imkan verməyin. Nəticəsini mütləq görəcəksiniz.

    7. Hər gün sizi hədəflərinizə daha da yaxınlaşdıracaq işlər görün

    Əgər həyatınızdan narazısınızsa bunu deyinməklə həll etməyə çalışmayın. Daha çox səy göstərin, işinizi daha çox sevin. Günlük planlar hazırlayın və o planlar sayəsində aylıq planlar tərtib edin. Aylıq planları həll edərək hədəfinizə doğru sürətlə və inamla irəliləyin.

    Mənbə: Supermarketinq