"Technol" MMC şirkətində uğurlu layihəmiz.

  • "Technol" MMC şirkətində uğurlu layihəmiz.

    BSC Consulting&Outsourcing şirkəti Azərbaycan bazarı üçün prinsipial yeni xidmət olan HR konsultasiyasını və autsors xidmətini təklif edir. Hal-hazırda Business Service Centre-nin İR departamenti həm yaxşı nəzəri hazırlığa, həm də zəngin təcrübəyə malik olan on beş nəfər komandadan ibarətdir və gələcəkdə elan olunacaq xidmət tələbatının artması həddi üzrə artacaqdır. Bu gün İR xidmətinin autsors edilməsi çətin və məsuliyyətli prosesdir. Burada autsorsa verilən müəssisənin güvənliyinin yoxlanılması və orada calışan işçilərin professional olması mütləqdir. 

    İR idarəetmə sisteminin qurulmasına dair son uğurlu layihələrdən biri “TECHNOL” MMC-də sistemin qurulmasıdır. 6 ay davam edən bir layihə İnsan resurslarının idarəetmə sisteminin bütün tərkib hissələrinin müəssisədə işlənib hazırlanmasından, müəssisənin komandasına və inkişaf planına uyğun tətbiq olunmasından ibarət idi. Bu işdə “TECHNOL” MMC-nin rəhbərliyi, gənc, perspektivli və kreativ komandası yaxından dəstək olmuşdur. Layihənin öz çətinlikləri də var idi. Bu gün yeni yaranmış bir şirkətdə, gənc komanda ilə illərlə hazırlanıb, nəzəriyyədə öz yerini tutmuş prosedur qaydalarının tədbiqi müəyyən uyğunsuzluqlarla üzləşirdi. Ancaq ən önəmlisi bizim komandanın və “Technoil”MMC-nin istək və işə dair görüntüləri üst-üstə gəlirdi. Müəssisəyə uyğun işə qəbul və işdən azad, məzuniyyət və ezamiyyət, qiymətləndirmə və iş dəyərləndirmə prosedurları hazırlanıb, tətbiqi qaydaları müəyyən edildi. Altı ay davam edən bir layihə aprel ayında rəsmi hesabatla tamamlandı. Layihədə yaxından dəstək olduqları üçün “TECHNOİL” MMC-nin rəhbərliyinə və bütün komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, layihə nəticəsində əldə olunan və tədbiq olunan bilik və bacarıqlar şəxsi inkişaf və yüksəliş, biznesin təmin olunması və şirkətin uğura nail olmasının təmin edilməsi məqsədilə öz işini rəqiblərlə müqayisədə daha yaxşı, daha tez və daha peşəkarcasına yerinə yetirmək üçün şirkətlə uzunmüddətli əməkdaşlığa yönəldilmiş mütəşəkkil peşəkar komandanın yaradılmasına köməklik edəcək."