Əmlak barteri ticarəti üzrə xidmətlər

ceo

Əmlak barteri ticarəti üzrə xidmətlər

Əmlaklarınızın dövriyyə vəsaitinə çevrilməsi və qazanc əldə etmə fürsətindən faydalanaraq, əmlakın barter üsulu ilə Türkiyə Cümhuriyyətində VİP əmlak (Azərbaycandaki əmlakın iki misli həcmində barter edilməsi, Türkiyədə təqdim olunan əmlakın icarəçisi, aylıq icarə haqqı və gəlirdən faiz) və digər imkanlar təqdim olunmaqla, o cümlədən barter olunan əmlakın dəyərinin qalan hissəsinin ödənilməsi istənilən vaxt bu əmlakları satma imkanları və Sizə təqdim olunan əlverişli şəraitin yaradılması.

İlk öncə Türkiyədə əmlaka baxış, sənədlərin və qiymətlərin təhlilinin reallığına təminat, razılaşma əldə edildikdə ilkin olaraq, Türkiyədə əmlakın alıcının xeyrinə qeydiyyata alınması, sonra isə Azərbaycandaki mülkün (yaşayış, qeyri-yaşayış, torpaq sahələri) alıcıya devredilməsi prosesinin
başlanılması (rəsmləşdirilməsi). Türkiyədə mövcud olan əmlaklar VİP binalarda yaşayış, VİP yerlərdə qeyri yaşayış, alış-veriş mərkəzində icarəçisi olan və gündəlik dövriyyədən faiz nisbətində qazanc verən əlverişli alış-veriş yeri və digər bu tip sahələr, habelə inşaat icazələri alınmış torpaq sahələrindən ibarət olaraq, digər əmlak seçimləri də təqdim olunur. Barter üçün təqdim olunan əmlakın dəyəri (minimal olaraq) 250,000 AZN-dən başlayaraq, qarşılığında qeyd olunan məbləğin 2 (iki) misli dəyərində Türkiyədə əmlak sahibi ola bilərsiniz.