DTA nədir?

  • DTA nədir ?

    DTA nədir?

    DTA forması - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədi ilə rezident və ya  qeyri-rezident tərəfindən alınan formadır.

    Hal-hazırda təsnifatları aşağıda göstərilən beş DTA forması mövcuddur:

    ü  DTA-01 forması - gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədi ilə xarici dövlətdə gəlir əldə edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslər (rezidentlər) tərəfindən alınan formadır.

    ü  DTA-02 forması - Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması məqsədi ilə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslər (rezidentlər) tərəfindın alınan formadır.

    ü  DTA-03 forması - Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi məqsədi ilə xarici dövlətin hüquqi və fiziki şəxslər (qeyri-rezidentlər) tərəfindın alınan formadır.

    ü  DTA-04 forması  - Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi məqsədi ilə xarici dövlətin  hüquqi və fiziki şəxslər (qeyri-rezidentlər) tərəfindın alınan formadır.

    ü  DTA-05 forması - Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə xarici dövlətin hüquqi və fiziki şəxslər (qeyri-rezidentlər) tərəfindın alınan formadır.

     

    İstənilən DTA-formasının alınması üçün rezident və ya qeyri-rezident müvafiq ərizə və digər tələb olunan səndlər ilə birgə rezidentin uçotda olduqları vergi orqanına müraciət olunmalıdır. Daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 (iyirmi) iş günü ərzində baxılır. Müraciətin baxılması üçün dovlət rüsumunun ödənilməsi tələb olunmur.

    Praktikaya əsasən xarıcı şirkətlərlə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər tərəfənindən DTA-01 və DTA-03 formalarının alınması üçün müraciət olunur.

     

    DTA-01 formasının alınması üçün aşağıda qeyd olunan sənədlər tələb olunur:

     

    ü  Ərizə;

    ü  Xarici dövlətin hüquqi və ya fiziki şəxs ilə bağlanan müqavilə;

     

    DTA-03 formasının alınması üçün gəlirin növündən asılı olaraq aşağıda qeyd olunan sənədlər tələb olunur:

    ü  Ərizə;

    ü  Göstərilmiş xidmətlərdən gəlir: qeyri-rezidentin öz dövlətində rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

    ü  Dividend: qeyri-rezidentin öz dövlətində rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

    ü  Faiz: qeyri-rezidentin öz dövlətində rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilirsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

    ü  Royalti: qeyri-rezidentin öz dövlətində rezidentliyi təsdiq edən sənəd, royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyekti olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

    ü  Beynəlxalq daşımalardan gəlir: qeyri-rezidentin öz dövlətində rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

    ü  Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.