Google işçilərinin komfortlu iş həyatı

  • Google işçilərinin komfortlu iş həyatı

    Google işçilərinin komfortlu iş həyatı

    Google-də iş şəraiti elə yaradılıb ki, burada işçilərlə bərabər hər kəs pozitiv düşüncəlidir. Google- xəyalların şirkəti olaraq saxlayan əsas amil budur.

     

    1. İşə nə zaman başladın və nə zaman bitirdin deyə soruşan yox. Öz istəyinə uyğun başlayıb, bitirə bilərsən . Günlük işin 5 dəqiqə də ola bilər. Əsas məsələ planla işin yerinə yetirilməsidir.

     

    2. Şirkətə daxil olan 10 CV-dən 1 -nin sahibinə zəng olunur. Zəng olunan 10 nəfərdən 1-i müsahibəyə çağrılır. 10 müsahibə iştirakçısından 1-i işə qəbul olunur. 1:1000 konkurs nisbəti olur.

     

    3. İşə girmək və işdən çıxmaq olduqca çətindi. Bu Kaliforniya ştatının qanunlarında öz əksini tapır. Belə ki, işçi işini yerinə yetirə bilmirsə onunla söhbət aparılır. 1 ay sonra heç nə dəyişməzsə əlavə kömək edəcək şəxslər verilir. Bu da kömək etməsə yalnız 6 ay sonra şirkətin qovmaq imkanı var.

     

     4. Google şəhərciyində 20 restoran işləyir ki onlar : İtalyan, Fransız, Ərəb , Meksika və.s mətbəxlərdən yeməklər təqdim edirlər. İşçilər burada gündə 3 dəfə qidalana bilir. Bunların hamısı pulsuzdur.

     

    5. Şirkətin servis avtobusları var – evə qədər aparır. Həm də yeri gəlmişkən deyək, evdə və ya ofisdə işləmək sizin seçiminizə buraxılır.

     

    6.Google-də itlərlə işləmək olar, pişiklərlə olmaz.

     

    7. Google ofisi yerləşən küçə- Google street adlanır.

     

    8.Hər cümə günü pivə və ya şərab qonaqlığı olur. Şirkət daxilində hər kəs bir araya toplanıb həftə ərzində görülən işlərdən danışırlar.

     

    9. İşlər isə olduqca ciddidir. Əgər yazılmış kodu daha mükəmməl etmək olarsa onu geri göndərir və emal olunmalıdır yazırlar. Və heç bir halda səhvi göstərmirlər. Düşünülür ki işçilər özləri bilməlidirlər ki ideal kod necə yazılır.