Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin qaydaları

  • Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin qaydaları

    Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin qaydaları

    Bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Bu dövrdə müəyyən qadağalar, məcburiyyətlər və məhdudiyyətlər nəzərdə tutulmuşdur.

    Həmin qadağa və məhdudiyyətləri nəzərinizə çatdırırıq və ciddi şəkildə əməl etməyinizi Sizdən xahiş edirik:

    1)    təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar, yaxın qohumunun dəfnində iştirakla əlaqədar, Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yaranması ilə əlaqədar, şəxslərin məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılması ilə əlaqədar, fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin hərəkəti ilə əlaqədar hallar istisna olmaqla digər şəxslərin yaşayış evlərini tərk etmələri qadağandır.

    2)    65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağandır

    3)    ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır

    4)    insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, qoruyucu maskalardan istifadə etmək tələb olunur.

    5)    supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət qadağandır (çatdırma və onlayn satışlara icazə var).

    6)    bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət qadağandır (evə götürmə, çatdırma, və onlayn satışlara icazə var).

    Yaşayış yerini tərk etmənin qaydaları:

    1)    təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla bağlı şəxsin yaşayış yerini tərk etmək zərurəti yaranarsa şəxs yaşayış yerini tərk etmək üçün 1 rəqəmini və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsini) icazə almaq məqsədilə 8103 nömrəsinə SMS vasitəsilə göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Misal: Bu hal üçün 1 AZE (və ya AA)1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

    Bu hal üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Ancaq rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda məsafə uzaqlığı və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

    Bu hal üçün gün ərzində müraciət sayı üçün məhdudiyyət nəzərdə tutulmamışdır.

    2)    ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi ilə əlaqədar yerini tərk etmək zərurəti yaranarsa şəxs yaşayış yerini tərk etmək üçün 2 rəqəmini və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsini) icazə almaq məqsədilə 8103 nömrəsinə SMS vasitəsilə göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Misal: Bu hal üçün 2 AZE (və ya AA) 1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

    Bu hal üçün icazə gündə yalnız bir dəfə 2 saat müddətinə verilir.

    3)    yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək zərurəti yaranarsa şəxs yaşayış yerini tərk etmək üçün 3 rəqəmini və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsini) icazə almaq məqsədilə 8103 nömrəsinə SMS vasitəsilə göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Misal: Bu hal üçün 3 AZE (və ya AA) 1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

    Bu hal üçün saat məhdudiyyəti nəzərdə tutulmamışdır.

    QEYD: Yuxarıda qeyd olunan 3 hal üzrə göndərilmiş SMS-ə Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Əgər sizi hər hansı hüquq mühafizə orqanı saxlayarsa telefonunuza gəlmiş SMS cavabı göstərə bilərsiniz. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

    4)    Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur.

    5)    Şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda da SMS göndərilmədən yaşayış yerini tərk edə bilərlər. Lakin bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

    6)    Fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin hərəkəti ilə əlaqədar:

     

    Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: 

    1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

    2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

    3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

    4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

    5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

    6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

    7.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

    8. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

    9. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

    10. kütləvi informasiya vasitələrinin əməkdaşları;

    11. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

    12.“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

    13. “Azəriqaz” İstehsalat Birliyi

    14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

    15. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

    16. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

    17. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

    18. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

    19. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

    20. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

    21. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

    22. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

    23. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

    24. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    25. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    26. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

    27. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

    28. Bakı Nəqliyyat Agentliyi

    29. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

    30. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

    31. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

    32. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

     

    Aşağıdakı sahələrdə fəaliyyət göstərən şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

    1.     Fəaliyyətlərinin davam etdirilməsinə NK-nin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri. Həmin Fəaliyyət sahələri aşağıdakılardır:

    1. Səhiyyə və sosial sahə üzrə:

    1.1. elmi-tədqiqat və laborator xidmətləri;

    1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

    1.3. baytarlıq xidmətləri;

    1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

    1.5. sosial xidmətlər;

    1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

    2. İnfrastruktur sahəsi üzrə:

    2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

    2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

    2.3. su təchizatı və meliorasiya;

    2.4. telekommunikasiya və rabitə xidmətləri.

    3. Nəqliyyat və logistika sahəsi üzrə:

    3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

    3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

    3.3. logistika xidmətləri;

    3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

    4. Əsas istehsalat növləri:

    4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

    4.2. neft avadanlıqları və qurğularının istehsalı;

    4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

    4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

    4.5. kimyəvi məhsulların istehsalı;

    4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 

    4.7. əkinçilik və məhsul yığımı;

    4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

    4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

    4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

    4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

    4.12. mühəndislik və layihələndirmə xidmətləri;

    4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

    4.14. qablaşdırma məhsullarının istehsalı;

    4.15. daş, metal və taxta məhsullarının istehsalı;

    4.16. mebel istehsalı və təmiri;

    4.17. diri heyvanların kəsimi.

    5. Pərakəndə və topdan satış üzrə:

    5.1. ərzaq məhsullarının satış məntəqələri;

    5.2. apteklər;

    5.3. yanacaqdoldurma məntəqələri;

    5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri;

    5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

    6. Məişət xidmətləri üzrə:

    6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

    6.2. poçt xidmətləri;

    6.3. kimyəvi təmizləmə;

    6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

    6.5. avtomobillərin təmiri;

    6.6. avtomobil yuyulma məntəqələri;

    6.7. tərcümə xidmətləri;

    6.8. heyvan sığınacaqları;

    6.9. dizayn xidmətləri.

    7. Maliyyə təşkilatları üzrə:

    7.1. banklar və bank olmayan kredit təşkilatları;

    7.2. investisiya şirkətləri, fond birjaları;

    7.3. sığorta təşkilatları;

    7.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

    8. Xüsusi xidmət növləri üzrə:

    8.1. çatdırılma xidmətləri;

    8.2. məişət avadanlıqlarının təmiri;

    8.3. dezinfeksiya xidmətləri.

     

    2.     Dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları

    1.Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

    2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

    3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

    4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

    5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

    6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

    7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

    8. Azərbaycan Respublikasının Energetika Nazirliyi

    9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

    10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

    11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

    12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

    13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

    14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

    15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

    16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

    17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

    18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

    19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

    20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

    21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

    22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

    23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

    24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

    25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

    26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

    27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

    28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

    29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

    30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

    31. Azərbaycan Respublikasının Hesablama Palatası

    32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

    33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

    34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

    35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

    36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı)

     

    3.     Fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

     

    Qeyd: Bütün şəxslər yaşayış yerini tərk edərkən Şəxsiyyətini təsdiq edən sənədlərini üzərilərində götürməlidirlər.

     

    Onu da nəzərinizə çatdıraq ki, Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

     

    İnzibati və Cinayət məsuliyyət tədbirləri aşağıdakı kimidir:

     

    AR İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi:

    Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

     

    Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -