Maliyyə analizinin aparılması – Rentabellik

  • Maliyyə analizinin aparılması – Rentabellik

    Maliyyə analizinin aparılması – Rentabellik

    Bazar iqtisadiyyatı biznes üçün yeni qaydalar diktə edir və mənfəət təsərrüfat fəaliyyətinin uğurlu olmasının başlıca göstəricisi hesab olunur.  Mənfəət gəlirləri, xərcləri, itkiləri xarakterizə edərək, təsərrüfat fəaliyyətinin bütün göstəricilərini ümumiləşdirir. Mənfəət sayəsində müəssisəsinin fəaliyyətinin effektivliyini və rentabelliyini öyrənmək və onu qiymətləndirmək olar. Mənfəət müəssisənin gələcək fəaliyyətini stimullaşdıracaq mənbə, onun inkişafına təkan verəcək başlıca qüvvə və onun şəxsi kapitalını artırmaq üçün əsas vasitədir.Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin iqtisadi göstəriciləri içərisində rentabellik göstəricisi xüsusi rol  oynayır. Əgər mənfəətin müəssisənin mütləq gəlirliyini əks etdirirsə, rentabellik nisbi gəlirliliyi  göstərir və mənfəətin müəyyən bazaya nisbəti ilə ifadə olunur. Müəssisə o halda rentabelli hesab olunur ki, məhsulun satışından əldə edilən mədaxil məhsulun istehsalı və satışı xərclərini ödəməklə bərabər müəyyən mənfəəti də təmin etsin. Beləliklə rentabellik müəssisənin işinin səmərəliliyini səciyyələndirir, müəssisənin kapitalı artırmaq qabiliyyəti haqqında təsəvvür yaradır.

        Müəssisənin maliyyə vəziyyətinin təhlili prosesində rentabelliyin digər göstəriciləri də hesablana bilər. Məsələn, müəssisənin bütün kapitalının rentabelliyi, dövriyyədənkənar  aktivlərin rentabelliyi,  dəyişən kapitalın rentabelliyi, investisiyaların rentabelliyi və s.

    Mənfəət və rentabellik fərqli meyarlardır, onlar bir-birindən prinsipial şəkildə fərqlənir. Bəzən bu göstəricilər üzrə analizlər fərqli nəticələrə gətirib çıxarır. Xırda proyektlər üçün rentabellik mənfəətdən daha yüksəkdir, mənfəət isə nəhəng proyektlərin yol verdiyi nöqsanları qiymətləndirərkən daha çox nəzərə alınır. Hər müəssisənin rentabellilik səviyyəsinin yoxlanılması və analiz edilməsi vacib şərtlərdən biridir. Bu sahədə 23 illik təcrübəyə dayanan Business Service Centre şirkəti peşakar mütəxəssisləri ilə sizə lazımi köməkliyi göstərə bilər.