Əmtəə Nişanı

  • Əmtəə Nişanı

    Əmtəə Nişanı

    ƏMTƏƏ NİŞANI - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

    • qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
    • qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;
    • qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi  və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı sizin xeyrinizə qərar çıxarmağa kömək edir;
    • qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur;
    • əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verməklə öz iqtisadi durumunu yüksəldə bilir.
    • Business Service Centre şirkəti olaraq biz əmtəə nişanı ilə bağlı aşağıdakı xidmətləri göstəririk :
    • 1.Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
    • 2.Xaricdə qeydiyyata alınmış əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyata alınması
    • 3.Müəlliflik və patent hüquqlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər