Atalıq məzuniyyəti: kiçik addım, böyük təsir | BSC
BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Atalıq məzuniyyəti: kiçik addım, böyük təsir

Azərbaycanın Əmək Məcəlləsinə edilən son dəyişikliklərdən biri də atalıq məzuniyyətinin verilməsi ilə bağlıdır.

Əmək Məcəlləsinin 125-ci maddəsinə əlavə olunan yeni 4-cü hissə artıq kişilərə də uşağın doğumundan əvvəl və sonra 14 gün ödənişli məzuniyyət imkanı verir. Sadəcə hüquqi yenilik kimi görünə bilər, amma bu kiçik addımın arxasında həm sosial, həm psixoloji, həm də beynəlxalq hüquq baxımından böyük əhəmiyyət durur.

Hüquqi yanaşma və beynəlxalq təcrübə

Məsələ sadədir: valideyn olmaq həm qadın, həm də kişi üçün hüquqdur və artıq bu hüquq qanunla təsbit olunur. Beynəlxalq əmək hüququ da bunu uzun illər tanıyıb. Azərbaycanın bu addımı beynəlxalq standartlarla uzlaşır:

  • Beynəlxalq Əmək Təşkilatı (BƏT): 183 saylı “Uşaq anası və valideynlər üçün icazələr” konvensiyası valideynlər üçün işdən uzaqlaşmaq hüququnu tanıyır. Bu konvensiya yalnız analar üçün deyil, həm də atalar üçün hüquqi bazanı təmin edir.
  • BƏT-in 156 saylı konvensiyası isə “Ailə və iş” mövzusunda valideynlərin iş həyatında hüquqlarını qoruyur. Bu, xüsusilə gender bərabərliyi və işdə ailə məsuliyyətinin paylaşılması baxımından önəmlidir.

Bu beynəlxalq sənədlər göstərir ki, uşağın doğumundan sonra ataya müəyyən müddət ödənişli məzuniyyət verilməsi qəbul edilmiş normadır və Azərbaycanda bunun tətbiqi beynəlxalq praktikaya uyğun addımdır.

Dünya praktikasında atalıq məzuniyyətinin tarixi

Atalıq məzuniyyətinin tarixi nisbətən yeni, amma maraqlı bir inkişaf yoluna malikdir. 1900-cü illərin əvvəllərinədək əksər ölkələrdə atalar üçün heç bir məzuniyyət hüququ yox idi. Ailə və uşağın qayğısı sadəcə qadınların üzərinə düşürdü. 1920–1950-ci illərdə Sovet İttifaqı bəzi sənaye müəssisələrində atalara qısa ödənişli məzuniyyət imkanları yaratdı. Amma bu, məcburi deyildi və çox az tətbiq olunurdu. 1960–1980-ci illər də Skandinaviya ölkələri – İsveç, Norveç və Danimarka atalıq məzuniyyətini rəsmi şəkildə qanunla təmin etdi. Bu ölkələrdə hələ o vaxtdan ata və ana arasında məzuniyyət paylanması tətbiq olunurdu. 1990–2000-ci illərdə Avropa Birliyi ölkələri valideyn hüquqlarını daha da genişləndirdi; kişilərin uşağın ilk həftələrində aktiv iştirakı təşviq edildi. 2000-ci illərdən sonra Yaponiya və Koreya kimi ölkələrdə ataların iştirakı əvvəlcə nadir idi, amma qanun dəyişiklikləri nəticəsində artıq ataların 30–40%-i ödənişli məzuniyyət götürür.

Daha bir maraqlı fakt odru ki, Norveçdə ataların yalnız 1/3-ü məzuniyyət götürürdü, amma qanunun dəyişməsi ilə ödənişli məzuniyyət “itirilən hüquq” halına gətirildi – yəni istifadə etməsən, imkanı itirirsən. Nəticədə çox ata erkən dövrdə uşağın yanında oldu.

Dünya təcrübəsində praktiki misallar

Kanada: Valideynlər ödənişli məzuniyyəti paylaşa bilirlər. Ata 5–8 həftəlik məzuniyyət götürə bilir. Bu, xüsusilə uşaq və ananın sağlamlığı üçün əhəmiyyətlidir.

İslandiya: Valideynlər 12 həftəlik ödənişli məzuniyyəti paylaşırlar – 6 həftə ata üçün ayrılıb, 6 həftə ana üçün. Bu, gender bərabərliyini təşviq edir və iş yerində stereotipləri azaldır.

Almaniya: Ata uşağın ilk 2 ayı üçün “Part-time” iş rejimində məzuniyyət götürə bilir; bu müddət ərzində maaşın 65%-i ödənilir.

Azərbaycanın yeni 14 günlük ödənişli atalıq məzuniyyəti bu təcrübələrin kiçik, amma əhəmiyyətli bir adaptasiyasıdır – ilk addım kimi çox vacibdir. Hesab edirəm ki, Azərbaycanın bu addımı iş və ailə həyatının balansını təmin etmək istiqamətində strateji addımdır. Biz artıq yalnız qadınların deyil, kişilərin də ailədə rolunu önə çəkirik.

Psixoloji əhəmiyyət

Atalıq məzuniyyətinin verilməsi sadəcə qanun maddəsi deyil, insan həyatına toxunan bir təşəbbüsdür: 

  • Uşağın emosional inkişafı: İlk həftələrdə ata ilə vaxt keçirən uşaq daha rahat, özünə inamlı olur. Tədqiqatlar göstərir ki, ataların iştirak etdiyi uşaqlar daha sosial və balanslı böyüyür. 
  • Ana üçün dəstək: Hamiləlikdən sonra qadın həm fiziki, həm də psixoloji olaraq bərpa mərhələsində olur. Ata yanındadırsa, stress azalır və yenidən iş həyatına rahat dönmək mümkündür. 
  • Gender bərabərliyi: Ataların məzuniyyət götürməsi yalnız uşağa yox, həm də cəmiyyətə mesajdır: ailə məsuliyyətini paylaşmaq hər iki tərəfin hüququdur.

Şəxsi müşahidəmə görə, ataların ailədə rolunu qanuni təmin etmək həm də iş yerlərində gender stereotiplərinin yumşalmasına xidmət edir – ata işdən məzuniyyət götürdükdə həm həmkarlar, həm də rəhbərlik bu yeni normalara öyrəşir.

Dəyişikliyin rolu

Bu 14 günlük ödənişli atalıq məzuniyyəti bir neçə baxımdan önəmlidir:

1. Hüquqi zəmanət: Artıq kişilər də uşağın doğumuna görə qanuni olaraq işdən uzaqlaşa bilər.

2. Sosial mesaj: Bu addım cəmiyyətdə ata rolunu önə çıxarır və ailədə məsuliyyətin paylaşılmasını təşviq edir.

3. Psixoloji dəstək: Uşağın ilk günlərində atanın iştirakı həm ananın, həm uşağın rifahını artırır.

4. Beynəlxalq standartlara uyğunluq: Azərbaycan artıq digər inkişaf etmiş ölkələr kimi valideyn hüquqlarını genişləndirir.

Atalıq məzuniyyətinin rəsmiləşdirilməsi

Atalıq məzuniyyəti işçinin ödənişli hüququdur və onu aşağıdakı qaydada sənədləşdirmək lazımdır:

1. Arayışın təqdim edilməsi – işçi uşağın doğulması ilə bağlı tibb müəssisəsindən arayış təqdim edir. Bu arayış məzuniyyətin hüquqi əsasını təşkil edir.

2. Ərizə yazılması – işçi rəhbərliyə yazılı ərizə təqdim edir, ərizədə məzuniyyətin başlanğıc və bitiş tarixləri göstərilməlidir.

3. Məzuniyyətin qeydiyyatı – müəssisənin kadrlar sistemi və ya mühasibatlıq tərəfindən ərizə əsasında atalıq məzuniyyəti işçi ilə bağlı qeydiyyata alınır.

Qeyd edək ki, atalıq məzuniyyəti əmək məzuniyyəti ilə qarışdırılmamalıdır. İşçinin normal illik məzuniyyəti ayrı, atalıq məzuniyyəti isə uşağın doğumuna bağlı əlavə hüquqdur. Bu, həm hüquqi dəqiqlik, həm də əməkhaqqının düzgün hesablanması üçün vacibdir.

14 gün necə başa düşülməlidir?  - Doğuşdan əvvəl, ya sonra? 

Əmək Məcəlləsinin 125-ci maddəsinə əlavə olunan 4-cü hissədə göstərilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. 

Bu formulasiya hüquqi baxımdan təsadüfi seçilməyib və burada “və ya” bağlayıcısının olmaması xüsusi əhəmiyyət daşıyır. 

1. Qanunverici açıq şəkildə “cəmi 14 təqvim günü” deyir. Bu, doğuşdan əvvəl və doğuşdan sonra verilən məzuniyyətlərin toplam müddətinin 14 günü keçə bilməyəcəyini göstərir.

2. Əgər qanunverici niyyətində hər iki dövr üçün ayrıca 14 gün vermək olsaydı, mətn: “doğuşdan əvvəl və ya doğuşdan sonra 14 gün”
formasında olardı. Lakin bu cür ifadə yoxdur.

3. Maddənin məqsədi ataya uşağın doğumu ilə əlaqədar elastik, lakin məhdud bir dəstək verməkdir. Yəni:

  • ata istəsə, bütün 14 günü doğuşdan sonra,
  • istəsə, bir hissəsini doğuşdan əvvəl, qalanını doğuşdan sonra istifadə edə bilər,
     amma ümumi limit dəyişmir.

Sənədləşmə: kim, hansı halda atalıq məzuniyyəti ala bilər?

Atalıq məzuniyyəti hüququnun praktik tətbiqində əsas suallardan biri budur: ata statusu necə təsdiqlənməlidir? Çünki bu məzuniyyət sadəcə bioloji fakt deyil, hüquqi münasibətə əsaslanır.

Evlilikdə doğulan uşaqlar üzrə

Əgər uşaq nikah dövründə doğulubsa, atalıq məzuniyyətinin rəsmiləşdirilməsi zamanı aşağıdakı sənədlər tələb olunmalıdır:

  • İşçinin ərizəsi;
  • Tibb müəssisəsindən arayış (doğuşdan əvvəl və ya sonra olmasına uyğun);
  • Evlilik haqqında şəhadətnamənin surəti.

Bu halda evlilik faktı atalıq hüququnun mövcudluğunu avtomatik təsdiqləyir və əlavə hüquqi prosedura ehtiyac qalmır.

 

Nikahdan kənar doğulan uşaqlar: atalıq hüququ varmı?

Bu məsələ xüsusilə diqqət tələb edir. Nikahdan kənar doğulan uşaqlarla bağlı atalıq məzuniyyəti avtomatik yaranmır. Burada həlledici amil bioloji yox, hüquqi atalıqdır. Atalıq məzuniyyəti hüququ yalnız o halda yaranır ki, şəxsin atalığı rəsmi şəkildə tanısın, yəni müvafiq icra hakimiyyəti orqanında atalıq qeydiyyata alınsın, və ya məhkəmə qərarı ilə atalıq müəyyən edilsin. Bu halda sənədlər siyahısına əlavə olaraq atalığın tanınmasını təsdiq edən sənəd (reyestr çıxarışı və ya məhkəmə qərarı) təqdim olunmalıdır.

Övladlığa götürülən uşaqlar və atalıq məzuniyyəti

Hazırkı redaksiyada Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü bəndi birbaşa olaraq uşağın doğulması ilə əlaqələndirilir. Bu o deməkdir ki, atalıq məzuniyyəti övladlığa götürmə faktına deyil, məhz doğuş faktına bağlanır. Nəticə etibarilə, övladlığa götürülən uşaqlarla bağlı atalıq məzuniyyətinin verilməsi qanunun birbaşa tələbi kimi çıxış etmir. Lakin işəgötürən tərəfindən əmək müqaviləsi və ya kollektiv müqavilə ilə əlavə sosial təminat kimi nəzərdə tutulması mümkündür. Bu isə artıq qanuni öhdəlik yox, korporativ sosial məsuliyyət məsələsidir.

Hüquqi risklər və səhv yanaşmalar

Praktikada ən çox rast gəlinən səhvlər:

  • atalıq məzuniyyətinin əmək məzuniyyəti ilə qarışdırılması;
  • hüquqi atalıq təsdiqlənmədən məzuniyyət verilməsi;
  • nikahdan kənar doğulan uşaqlar üzrə sənədlərin yoxlanılmaması;
  • ödəniş məsələlərinin əmək müqaviləsində ayrıca tənzimlənməməsi.

Bütün bunlar gələcəkdə əmək mübahisələrinə və maliyyə risklərinə yol aça bilər.

 Yeni hüquqlar  yeni məsuliyyət yaradır

Əmək qanunvericiliyinə edilən bu tip yeniliklər sosial baxımdan müsbət addım olsa da onların düzgün tətbiqi peşəkar hüquqi yanaşma tələb edir. Qanunun mətni qədər onun şərhi, sənədləşməsi və tətbiqi mexanizmi də önəmlidir. Məhz buna görə də işəgötürənlər, HR mütəxəssisləri və işçilər bu prosesdə əmək qanunvericiliyi üzrə təcrübəli hüquqşünaslarının rəyinə və müşayiətinə ehtiyac duyurlar. Çünki düzgün tətbiq olunan hüquq həm sosial ədaləti təmin edir, həm də riskləri minimuma endirir. 

Bunları nəzərər alaraq hüquqşünaslar ortaya çıxan praktik suallara, fərqli yanaşmalara aydınlıq gətirməli, peşəkar hüquqi şərhlərə, real praktika nümunələrinə və sağlam müzakirələrə yol açmalıdırlar.


"Business Service Centre" şirkətinin İnsan Resursları Departamentinin rəhbəri Təhminə Dəmirova 

 

Digər bloqlar

2026-cı ildə Fərdi Sahibkarlar üçün MDSS Haqqı: Yeni Qayda və Hesablama Nümunələri 2026-cı il yanvarın 1-dən etibarən fərdi sahibkarların məcburi dövlət sosial sığorta (MDSS) haqqının hesablanması qaydasında əhəmiyyətli dəyişiklik edilmişdi...
Dərzilərin vergi və sosial öhdəlikləri - Misallarla izah Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvaf...
2026-ci ildə icarə haqlarında dəyişikliklər. Hüquqi və fiziki şəxslər üçün vergi dərəcələri və fərqlər. 2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsi ilə bağldır.İlk öncə icarə ilə ...
Videoqraf və fotoqrafların vergi və sosial öhdəlikləri - Misallarla izah Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hans...
Kirayə və icarə haqları necə fərqləndirilir? 2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də fiziki şəxslərin kirayə haqları üzrə vergi dərəcəsi ilə bağlıdır. Dəyişikliklərə əsasən, “B...
Ezamiyyət xərcləri haqqında qaydalar və hesablanması (2026) - BSC Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyət xərcləri haqqınd...
Gəlir vergisindən azadolma: hesablamalar, qaydalar Vergi Məcəlləsinin 13.2.34-cü maddəsinə əsasən, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəa...
Vaxtında ödənilməyən vergilər: hüquqi nəticələr və görülən tədbirlər Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi dövlət büdcəsinin formalaşmasının əsas mənbələrindən biridir. Vergi ödəyiciləri hesablanmış vergiləri qanunv...
Bazarlarda VÖEN-siz fəaliyyət nə ilə nəticələnir? – cərimələr, məbləğlər Bazarlarda sahibkarlıq fəaliyyətinin təşkili və həyata keçirilməsi zamanı vergi intizamının təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması və ş...
Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər icarə sahəsinə də təsir edib. Yeni dəyişikliklərdə Vergi Məcəlləsinin 124.1-ci mad...
“Ailə vəzifələri olan işçi” anlayışı: kontekst, təcrübə və qlobal trendlər Əmək Məcəlləsində edilmiş son dəyişikliklə əmək qanunvericiliyində “ailə vəzifələri olan işçi” adlanan yeni hüquqi kateqoriya müəyyənləşdirilibƏmək Məcəlləsi...
Distant iş modeli: hüquqi çərçivə və tətbiq nüansları Distant iş modeli: hüquqi çərçivə və tətbiq nüanslarıƏmək münasibətlərində son illərin ən ciddi dəyişikliklərindən biri, şübhəsiz ki, COVID-19 dövründə baş v...
Mebel ustası nə qədər vergi ödəməli və sosial ödəniş etməlidir? Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, illik dövriyyəsi 200.000 manatdan artıq olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Bu zaman ...
Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR Vergi Məcəlləsinin normalarından göründüyü kimi, vəkillik fəaliyyətindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğu üçün vəkillər gəlir verg...
Mədəniyyət sahəsində hansı vergi güzəştləri tətbiq olunur? İyulun 1-dən etibarən teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinin inkişafı məqsədilə yeni vergi güzəştləri tətbiq edilib. Yeni güzəştlər mədəniyyət ...
İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur? İdman məşqçilərinin və idman zallarının gəlirlərinin vergiyə cəlb olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir və müxtəlif formalarda ...
Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı hansı dəyişikliklər edilib? 2025-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Mikro s...
Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri Azərbaycanda qeydiyyatdan keçən müxtəlif şirkətlər xarici ölkələr arasında daşıma xidmətləri təqdim edirlər. Bu zaman onların müəyyən vergi öhdəlikləri yaran...
Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqə...
Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri bu əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qay...
Vergitutma obyekti necə müəyyən edilir? Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) ə...
İdxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi qaydası ergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən, gömrük orqanları tərəfindən verilmiş idxalda əlavə dəyər vergisinin (ƏDV) ödənildiyini göstərən idxal sənədləri...
Gəlirdən çıxılmayan məbləğlərin sırasına aid olan cərimələr Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı ...
Vergi orqanı tərəfindən sənədlərin vergi ödəyicisinə göndərilməsi qaydası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi vergi orqanları tərəfindən vergi ödəyicilərinə sənədlərin və onların surətlərinin göndərilməsi qaydasını müəyyən edir. B...
Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisin...
Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər? Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Prezidentin 2015-ci il 21 dekabr tarixli “Lis...
Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir? Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəl...
Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq - nələr dəyişdi? Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri qaytarılması prosesində daha rahat və şəffaf bir sistemə keçidini təmin etmək məqsədilə...
Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə uçota alınması və yenidən uçota alınması qaydası Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) onun qeydiyyatda olduğu ünvandan kənarda yerləşirsə, həmin tə...
Maddi yardım kimi ayrılan vəsaitlərin gəlir vergisinə cəlb edilməsi qaydası Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar vergidən azadır. Burada müəy...
Vergi borcunu ödəmə qabiliyyətinin olmaması necə müəyyən edilir? - yeni qaydalar Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən, vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyi...
Hansı halda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri artırıla bilər? Səyyar vergi yoxlaması, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin təsərrüfat fəaliyyətinin, mühasibat uçotunun və digər vergi ilə bağlı əməliyyatlarının y...
Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir? Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadəl...
Uzunmüddətli müqavilələrlə bağlı gəlirlərin və ondan çıxılan məbləğlərin hesablanması Vergi Məcəlləsinin 138-ci maddəsi uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlərin uçota alınmasını tənzimləyir. Uzunmüddətli müqavilə ded...
Hesablama metodundan istifadə edərkən xərcin çəkilməsi vaxtı necə müəyyən olunur? Vergi Məcəlləsinin 130.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat ə...
Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər? Vergi Məcəlləsinin 85.1-ci maddəsinə uyğun olaraq, hər bir verginin ödənilmə müddətləri müəyyən edilib. Ödəniş müddətlərinin dəyişdirilməsi yalnız bu Məcəllə...
Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər kimlərə və nə üçün verilir? Azərbaycanda əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər müəyyən kateqoriyalara aid olan şəxslərə verilir. Bu güzəştlərin məqsədi sosial ədaləti təm...
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının ərazisində mülkiyyət...
Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir? Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadəl...
Hansı meyarlara görə sahibkarlıq subyektləri riskli vergi ödəyicisi sayılır? Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.  Bəs bu...
Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar Gəlir dedikdə rezident vergi ödəyiciləri üçün Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda əldə edilən, qeyri-rezident vergi ödəyiciləri...
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir? Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın gir...
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir? “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti fərdi sahibkarın özü tə...
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir? Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ...
ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer necə müəyyən olunur? Vergi Məcəlləsinin 168-ci maddəsi ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerdən bəhs edir. Maddə 168.1.1. Daşınmaz əmlakın o...
Hansı malların təqdim olunması vergi hesablanmasına əsas vermir? Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq ...
Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının müddəti necə tənzim...
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000...
İcarədə olan əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri, müddəti və digər şərtləri qanunvericiliklə müəyyən edilən qaydada icarəyə verənlə icarəçi arasında bağlanan müqav...
Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib 2023-cü ildən qüvvəyə minmiş  qüvvəyə minmiş Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəy...
Səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis hansı hallarda cəlb edilir? Vergi ödəyicilərində yoxlamalar həyata keçirilərkən vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul etmək üçün əhəmiyyətli olan bütün halları...
İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri ilə bağlı nələrə diqqət yetirilməlidir? Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən,...
Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Hüquqi və fiziki şəxslər ötən il üzrə əmlak vergisi bəyannaməsini mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.  Vergi Məcəlləsinin...
ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisind...
Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur? Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (i...
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasə...
Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır? Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər...
Fiziki şəxslərin faiz gəlirlərindən verginin tutulması Faiz gəlirlərinin iki dəfə vergiyə cəlb edilməməsi qanunvericilkdə diqqət mərkəzində olan məsələlərdəndir. Mövzunu “vergiler.az” üçün “Business Service Centr...
Gec ödənilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyasının tətbiqi hansı hallar üçün nəzərdə tutulur? Vergi Məcəlləsinin 58.6- cı maddəsinə əsasən, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu...
Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır? Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.  “Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ...
Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir? Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi ola...
Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutula...
Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri Mülki-hüquqi müqavilələr mülki qanunvericiliklə tənzimlənir.  Vergi Məcəlləsinin 101.1-3 cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və...
Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər.  Müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ...
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunveric...
Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu qaydaları Vergi Məcəlləsinin 134 – 136-cı maddələri ilə tənzimlənir. Hesablama metodundan isti...
Malların ixrac qeydi ilə satışının ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qey...
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması: nəzərə alınan və alınmayan dövrlər Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin v...
Hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 179-cu maddəsində qeyd olunur ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilmə...
Əsas vəsaitlərin təmirinə sərf edilən xərclərin gəlirdən çıxılması Hər bir müəssisənin gəlir (mənfəət) vergisi hesablanarkən, gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərclər ümumi gəlirdən çıxılır. Həmin xərclərdən biri də ə...
Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası həm mühasibat, həm də vergi uçotunda eyni qaydada özünü əks etdirir. Vergi Məcəlləsini...
Qeyri-maddi aktivlər: mühasibat uçotu və vergi uçotu Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-m...
Lisenziyasız fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır Sahibkarlığın tərkibini yaradan əməllərdən biri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə ...
Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd ...
Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alı...
İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaları DTA (Double Taxation Agreements) formaları - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğ...
Vergitutma obyekti Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütə...
Mühasibat uçotunda səhvlərin düzəldilməsi Mühasibat uçotundakı səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Mühasibat uçotunda səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdi...
Payın alqı-satqısından əldə olunan gəlirə (mənfəətə) görə vergi azadolmaları Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdi...
Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxsin vergi və sosial ödənişlərlə bağlı öhdəlikləri Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məb...
Elektron alış aktıyla rəsmiləşdirilən malların satışı zamanı gəlirin və xərcin tanınması Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib e...
Ödəmə mənbəyində faizlərdən vergi tutulması Məlum olduğu kimi, faiz gəliri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən, müəssisələr üçün isə satışdankənar gəlir hesab edilir. Ödəmə mənbəyində ...
Vergi dövrünün dəqiqləşdirilməsi və risklərin aradan qaldırılması - BSC Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların ləğv edilməsi və dəqiqləşdirilməsi haqqında oxuculara məlumat vermək istəyirəm. Hər bir sahibkarın aparı...
Ezamiyyə Xərcləri və Normaları 2026 | Hesablanma Qaydası Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyət xərcləri haqqınd...
🤖
BSC AI Köməkçi
Online