Dərzilərin vergi və sosial öhdəlikləri - Misallarla izah
Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) dərzi fəaliyyəti ilə məşğul olan şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyiciləridir.Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 10 manat hesablanır
Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
220.11.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
220.11.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Misal
Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan hər hansı şəxs üçün aylıq hesablanan və ödənilməli sadələşdirilmiş vergi 10*2(əmsal)=20 manat olur
Gədəbəy rayonunda bu məbləğ 10*0.5=5 manat olaraq hesablanır.
Onu da qeyd edim ki, Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Fərdi sahibkarlar üçün MDSS məbləği minimum əməkhaqqının 25%-i nəzərdə tutulub. İcbari tibbi sığorta isə minimum əməkhaqqının 4%- i olaraq hesablanır.
2026-cı ildə minimum əməkhaqqı 400 manat olduğunu nəzərə alsaq, MDSS və İTS aşağıdakı kimi hesablanır:
MDSS: 400*25%=100 manat
İTS: 400*4%-16 manat
Əgər sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən dərzi muzdlu işçi kimi əmək müqaviləsi bağlayarsa, mükəlləfiyyəti Sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi kimi deyil, dövriyyədən və ya könüllü olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisi ödəyicisi kimi davam edəcəkdir.