
Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək lazımdır.
Həmçinin Vergi Məcəlləsinin 71-2.1. maddəsinə əsasən 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Nağdsız Hesablaşma Haqqında Qanunun Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız 3.5 ci maddəsində yer alan malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi Nağdsız Hesablaşma Haqqında qanunun tələblərini gözləməlidir. Digər tərəfdən Vergi Məcəlləsinin 2.2 ,2.3,16.1.11-10,71-2.1 ci maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı həyata keçirilən zaman VM-nin 14.6.5 ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalıdır və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən Şərti Rentabellik Norması tətbiq edilməlidir.
Misal 1
A MMC Elektron alış aktıyla vətəndaşdan (fiziki şəxs) 700 manata aldığı malı (Elektron mühərrik) 1000 manata B MMC-yə satmışdır. A MMC-nin fəaliyyəti elektron avadanlıqların satışı ilə bağlıdır. Bu zaman Mənfəəti hesablayaq.
1 ci hal:
Gəlir - 1000AZN
Xərc - 700AZN
Mənfəət - 300AZN
2 ci hal (Səyyar yoxlama zamanı):
Vergi ödəyicisinin əldə etdiyi mənfəəti(gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı təqdirdə vergi orqanı Şərti Rentabellik Norması əsasında onun mənfəətini(gəlirini) aşağıdakı formada müəyyənm edir.
M\=G/(100+R)*R
Burada:
M - Vergi ödəyicsinin mənfəəti
G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir
R - Şərti rentabellik Norması
Misala uyğun olaraq
G = 1000AZN
R = 20%
M (Mənfəət) =1000/(100+20)%*20%=1000/6=166.66AZN
QEYD: 20% 120% in 1/6 təşkil etdiyinə görə Gəlir 6 ya bölünmüşdür.
Müəllif: “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev
Mənbə