2026-ci ildə icarə haqlarında dəyişikliklər. Hüquqi və fiziki şəxslər üçün vergi dərəcələri və fərqlər.
2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsi ilə bağldır.
İlk öncə icarə ilə kirayə anlayışları arasındakı fərq izah edək.Mülki Məcəllənin 675 və 700.1-ci maddəsinə əsasən;
Kirayə ilə əmlakdan hər hansı gəlir ,fayda əldə etmir,əmlakdan yalnız istifadə hüququ verilir.
İcarə ilə isə əmlakdan və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək gəlir gətirmək hüququ da verilir.
Vergi Məcəlləsinin 124.1 maddəsinə əsasən Daşınan və Daşınmaz əmlak üçün icarə haqqından həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
124-cu maddədən göründüyü kimi kirayəyə münasibətdə ödəmə mənbəyində 10%,icarəyə münasibətdə isə 14 % vergi tutulur.Əlavə olaraq qeyd edək ki,kirayə üzrə obyekt yaşayış sahəsi olmaldır.
Məlumdur ki,hazırda yaşayış evlərini kirayə verən fiziki şəxslərin 80-90%-i vergidən yayınır,vergi dərəcəsini 14%-dən 10%-ə endirilməsində əsas məqsəd münasibətlərin rəsmi qaydada tənzimlənməsidir.
Misal 1.Fiziki şəxs özünə məxsus yaşayış evini ayda 800.00 manata digər fiziki şəxsə kirayəyə vermişdir.
Kirayə haqqında 10 faiz 800.00*10%=80.00 manat ödəmə mənbəyində vergi tutulur və kirayəyə verən fiziki şəxsə 800.00-80.00=720.00 manat ödənilir.
Misal 2. Fiziki şəxs özünə məxsus obyektini ayda 2200.00 manata hüquqi şəxsə icarəyə vermişdir.
İcarə haqqında 14 faiz 2200.00*14%=308.00 manat ödəmə mənbəyində vergi tutulur və icarəyə verən fiziki şəxsə 2200.00-308.00=1892.00 manat ödənilir.
Əgər İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
Misal 3.Fiziki şəxs yaşayış evini vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə 400.00 manata kirayəyə vermişdir.Belə olan halda kirayəyə verən vergi ödəyicisi vergi orqanında uçota alınmalı,hesabat ilindən sonra mart ayının 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidir.
Misal 4.Məmmədov Anar mülkiyyətində olan anbarı Əliyev Murada icarəyə vermişdir.
Hər iki tərəfin vergi ödəyici kimi vergi orqanında uçotda olan və olmayan halda vergini ödəmək və vergi orqanında uçota alınıb bəyannamə verməsi halına baxaq.
- Məmmədov Anar vergi ödəyicisidir, Əliyev Murad vergi ödəyicisi deyil.
Bu halda icarə gəlirindən vergini Məmmədov Anar özü ödəyir,vergi orqanına bəyannamə təqdim edir.
- Məmmədov Anar vergi ödəyici deyil ,Əliyev Murad vergi ödəyicisidir.
Bu halda icarə gəlirindən vergini Əliyev Murad özü ödəyir,vergi orqanına bəyannamə təqdim edir.
- Məmmədov Anar və Əliyev Murad hər ikisi vergi ödəyicisidir.
Bu halda icarə gəlirindən vergini Məmmədov Anar özü ödəyir,vergi orqanına bəyannamə təqdim edir.
- Məmmədov Anar və Əliyev Murad hər ikisi vergi ödəyicisi deyil.
Bu halda icarəyə verən Məmmədov Anar vergi uçotuna durur və vergi orqanına bəyannamə təqdim edir.