BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Hansı meyarlara görə sahibkarlıq subyektləri riskli vergi ödəyicisi sayılır?

Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.  Bəs bu meyarlar hansılardır? Niyə bəzi sahibkarlıq subyektləri riskli vergi ödəyicisi kimi tanıdılır?


1) Vergi ödəyicisi riskli və əmtəəsiz əməliyyatlar apardıqda:

Misal 1: Vergi ödəyicisi digər vergi ödəyicisi ilə müqavilə imzalayir, lakin fiziki olaraq mal təqdim edilməsi baş vermir. Buna baxmayaraq, qarşı tərəfə 1.000 manatlıq elektron qaimə-faktura göndərir və qarşı tərəf mal almadığı təqdirdə, ona ödəniş edir. Bu hal aşkar edilərsə, həmin vergi ödəyicisi riskli hesab olunacaq.

2) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbar) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə olunan malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunduğu hallar istisna edilməklə):

Misal 2: Vergi ödəyicisi digər vergi ödəyicisindən satış məqsədilə mallar alır, malların alışının rəsmiləşdirməsi Vergi Məcəslləsinin tələblərinə uyğun baş verir. Lakin mal alan vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçmiş obyekti yoxdur. Bu halda alış edən vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.

Misal 3: Vergi ödəyicisi xaricdən satış məqsədilə 300 ton armatur idxal edir (mallar digər vergi ödəyicisinin sifarişi əsasında idxal olunmur). İdxal edən vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçirdiyi anbarın sahəsi 20 kvadratmetr təşkil edir. Yəni fiziki olaraq idxal edilən armaturun qeydiyyatdan keçmiş anbara yerləşdirilməsi mümkün deyildir. Buna görə də vergi orqanının qərarı ilə həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi hesab edilə bilər.

3) Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə;

4) Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən olunmuş müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna edilməklə) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda:

Misal 4: Vergi ödəyicisi elektrik avandalıqlarının topdanşatışı ilə məşğul olur, son 6 ay üzrə elektron qaimə-faktura ilə 15.000 manat, yük gömrük bəyannaməsi ilə 30.000 manatlıq mal alışı olub. Alışların hər biri Vergi Məcəlləsinin tələblərinə uyğun baş verib və vergi ödəyicisinin vergi orqanında qeydiyyata qoyduğu anbar sahəsi də malların həcmi ilə heç bir ziddiyyət təşkil etmir. 6 ay üzrə satışların həcmi 12.000 manat olub. Buna görə də həmin vergi ödəyicisi vergi orqanının qərarı ilə riskli vergi ödəyicisi hesab edilə bilər.

Yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; həmin meyarlar üzrə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab olunurlar.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir:

- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə:

Misal 5: Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğuldur, lakin buna baxmayaraq, elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə çınqıl satışı həyata keçirib. Bu halda həmin sahibkarlıq subyekti riskli vergi ödəyicisi kimi tanına bilər.

- vergi ödəyicisinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim olunmuş mallara münasibətdə):

Misal 6: Yeni fəaliyyətə başlayan vergi ödəyicisi fəaliyyətə başladığı rüb üzrə satış məqsədilə 10 ədəd soyuducunu digər vergi ödəyicisindən elektron qaimə-faktura ilə alıb və müəssisənin basqa heç bir mal alışı olmayıb. Anbarında 10 ədəd soyuducu olmasına baxmayaraq, vergi ödəyicisi 12 ədəd soyuducu satışı həyata keçirib. Bu halda da əməliyyat riskli hesab olunacaq.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulub. Həmin məhdudlaşmalara aşağıdakılar aiddir:

- əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur;

- əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab olunmur;

- əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir;

- riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir;

- vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir;

- vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır;

- riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır;

- riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır.

“Business Service Centre” şirkətinin  maliyyə-mühasibatlıq üzrə aparıcı mütəxəssisi Mircəfər Rzayev


Digər bloqlar

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər kimlərə və nə üçün verilir? Azərbaycanda əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər müəyyən kateqoriyalara aid olan şəxslərə verilir. Bu güzəştlərin məqsədi sosial ədaləti təm...
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının ərazisində mülkiyyət...
Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir? Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadəl...
Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar Gəlir dedikdə rezident vergi ödəyiciləri üçün Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda əldə edilən, qeyri-rezident vergi ödəyiciləri...
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir? Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın gir...
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir? “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti fərdi sahibkarın özü tə...
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir? Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ...
ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer necə müəyyən olunur? Vergi Məcəlləsinin 168-ci maddəsi ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerdən bəhs edir. Maddə 168.1.1. Daşınmaz əmlakın o...
Hansı malların təqdim olunması vergi hesablanmasına əsas vermir? Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq ...
Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının müddəti necə tənzim...
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000...
İcarədə olan əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri, müddəti və digər şərtləri qanunvericiliklə müəyyən edilən qaydada icarəyə verənlə icarəçi arasında bağlanan müqav...
Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib 2023-cü ildən qüvvəyə minmiş  qüvvəyə minmiş Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəy...
Səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis hansı hallarda cəlb edilir? Vergi ödəyicilərində yoxlamalar həyata keçirilərkən vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul etmək üçün əhəmiyyətli olan bütün halları...
İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri ilə bağlı nələrə diqqət yetirilməlidir? Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən,...
Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Hüquqi və fiziki şəxslər ötən il üzrə əmlak vergisi bəyannaməsini mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.  Vergi Məcəlləsinin...
ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisind...
Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur? Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (i...
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasə...
Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır? Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər...
Fiziki şəxslərin faiz gəlirlərindən verginin tutulması Faiz gəlirlərinin iki dəfə vergiyə cəlb edilməməsi qanunvericilkdə diqqət mərkəzində olan məsələlərdəndir. Mövzunu “vergiler.az” üçün “Business Service Centr...
Gec ödənilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyasının tətbiqi hansı hallar üçün nəzərdə tutulur? Vergi Məcəlləsinin 58.6- cı maddəsinə əsasən, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu...
Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır? Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.  “Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ...
Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir? Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi ola...
Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutula...
Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri Mülki-hüquqi müqavilələr mülki qanunvericiliklə tənzimlənir.  Vergi Məcəlləsinin 101.1-3 cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və...
Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər.  Müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ...
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunveric...
Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu qaydaları Vergi Məcəlləsinin 134 – 136-cı maddələri ilə tənzimlənir. Hesablama metodundan isti...
Malların ixrac qeydi ilə satışının ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qey...
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması: nəzərə alınan və alınmayan dövrlər Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin v...
Hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 179-cu maddəsində qeyd olunur ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilmə...
Əsas vəsaitlərin təmirinə sərf edilən xərclərin gəlirdən çıxılması Hər bir müəssisənin gəlir (mənfəət) vergisi hesablanarkən, gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərclər ümumi gəlirdən çıxılır. Həmin xərclərdən biri də ə...
Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası həm mühasibat, həm də vergi uçotunda eyni qaydada özünü əks etdirir. Vergi Məcəlləsini...
Qeyri-maddi aktivlər: mühasibat uçotu və vergi uçotu Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-m...
Lisenziyasız fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır Sahibkarlığın tərkibini yaradan əməllərdən biri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə ...
Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd ...
Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alı...
İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaları DTA (Double Taxation Agreements) formaları - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğ...
Vergitutma obyekti Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütə...
Mühasibat uçotunda səhvlərin düzəldilməsi Mühasibat uçotundakı səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Mühasibat uçotunda səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdi...
Payın alqı-satqısından əldə olunan gəlirə (mənfəətə) görə vergi azadolmaları Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdi...
Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxsin vergi və sosial ödənişlərlə bağlı öhdəlikləri Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məb...
Elektron alış aktıyla rəsmiləşdirilən malların satışı zamanı gəlirin və xərcin tanınması Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib e...
Ödəmə mənbəyində faizlərdən vergi tutulması Məlum olduğu kimi, faiz gəliri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən, müəssisələr üçün isə satışdankənar gəlir hesab edilir. Ödəmə mənbəyində ...
Vergi dövrünün dəqiqləşdirilməsi Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların ləğv edilməsi və dəqiqləşdirilməsi haqqında oxuculara məlumat vermək istəyirəm. Hər bir sahibkarın aparı...
Ezamiyyət xərcləri Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyət xərcləri haqqınd...