BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Gülzar Mütəllimova

15 ildən artıq peşəkar təcrübəyə malik hüquqşünas olaraq korporativ hüquq, müqavilə hüququ və biznes fəaliyyətinin hüquqi təminatı sahəsində ixtisaslaşmışdır. Fəaliyyəti ərzində müxtəlif sahələr üzrə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərə strateji hüquqi konsaltinq xidmətləri göstərmiş, biznes proseslərinin hüquqi baxımdan düzgün qurulmasına və hüquqi risklərin effektiv idarə olunmasına töhfə vermişdir. Müqavilə münasibətlərinin tənzimlənməsi, şirkətlərin hüquqi strukturunun formalaşdırılması və daxili korporativ sənədlərin hazırlanması sahəsində geniş praktiki təcrübəyə malikdir. Eyni zamanda hüquqi maarifləndirmə, seminar və təlimlər vasitəsilə sahibkarlar və idarəçilər üçün hüquqi biliklərin artırılmasına töhfə verir.

 Əsas ekspertiza sahələri 

 • Korporativ hüquq və şirkətlərin hüquqi strukturunun qurulması
 • Şirkətlərin yaradılması (MMC, ASC və s.) və dövlət qeydiyyatı prosesinin hüquqi müşayiəti
 • Şirkətlərin təsis sənədlərində dəyişikliklərin edilməsi və korporativ prosedurların həyata keçirilməsi
 • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə risklərinin qiymətləndirilməsi
 • Biznes fəaliyyətinin hüquqi təminatı və hüquqi uyğunluq (compliance) məsələləri
 • Şirkətlər üçün daxili korporativ sənədlərin və hüquqi prosedurların hazırlanması
 • Sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi məsləhət və konsaltinq xidmətləri
 • Müqavilə münasibətlərindən irəli gələn hüquqi risklərin idarə olunması
 • Məhkəmə mübahisələri üzrə hüquqi təmsilçilik və prosessual sənədlərin hazırlanması
 • Özəl tibb müəssisələri və digər biznes subyektləri üçün hüquqi konsaltinq
 • Hüquqi maarifləndirmə, seminar və təlimlərin keçirilməsi


Layihə təcrübəsi 

 •100+ müqavilənin hazırlanması, hüquqi ekspertizası və risk təhlilinin aparılması

 • Müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər üçün korporativ hüquqi sistemlərin qurulması

 • 100+ şirkətin yaradılması, yenidən təşkili və təsis sənədlərində dəyişikliklərin hüquqi müşayiəti

 • Məhkəmə mübahisələri üzrə sənədlərin hazırlanması və  təmsilçilik

 • Biznes subyektlərində hüquqi risklərin qiymətləndirilməsi və uyğunluq (compliance) sistemlərinin tətbiqi

 • Özəl tibb müəssisələri üçün lisenziyalaşdırma prosesinin kompleks hüquqi müşayiəti

 • Şirkətlər üçün daxili korporativ sənədlər prosedurların hazırlanması

 • Sahibkarlar və şirkət rəhbərləri üçün hüquqi seminar və təlimlərin keçirilməsi 


Təhsil 

• Azərbaycan Universiteti – Hüquq fakültəsi

Gülzar Mütəllimova