7 ildən artıq peşəkar təcrübəyə malikdir. Bu təcrübəsinin 3 ildən çox hissəsini konsaltinq sahəsində formalaşdırıb. Fəaliyyəti dövründə konsaltinq, xidmət və istehsalat sahələrində çalışaraq müxtəlif biznes modelləri və iş prosesləri üzrə geniş praktiki təcrübə qazanıb. Müxtəlif sahələrdə fəaliyyət göstərməsi ona proseslərin təşkili, koordinasiyası və biznes ehtiyaclarına uyğun çevik yanaşmaların tətbiqi istiqamətində güclü bacarıqlar formalaşdırmağa imkan verib. Qazandığı bu çoxşaxəli təcrübə sayəsində fərqli biznes mühitlərinə uyğunlaşaraq daha sistemli və nəticəyönümlü fəaliyyət göstərə bilir.
Əsas ekspertiza sahələri
•Maliyyə, vergi və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək
•Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat və vergi uçotunu qaydalarına uyğun təşkil etmək
Layihə təcrübəsi
• Müxtəlif şirkətlərdə və sahələrdə mühasibatlıq uçotunun qurulması və aparılması
• Müxtəlif şirkətlərdə və sahələrdə vergi uçotunun qurulması və aparılması
Təhsil və sertifikatlar
• Universitet BDU
• Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları