BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Rafiq Nəcəfli

Ümumi 5 ili konsaltinq sahəsində olmaqla, maliyyə və mühasibatlıq üzrə 8 ildən artıq peşəkar təcrübəyə malikdir. Konsaltinq fəaliyyəti dövründə istehsal, tikinti, xidmət və topdansatış sahələrində fəaliyyət göstərən müəssisələr üzrə müxtəlif layihələrdə iştirak edib. Bununla yanaşı, 2 il istehsal müəssisəsində, 1 il isə topdansatış müəssisəsində baş mühasib və maliyyə direktorunun müavini vəzifələrində çalışıb. 

Əsas ekspertiza sahələri 

• Müəssisələrin vergi siyasətinin müəyyən olunması

• Vergi və mühasibat uçotunun qurulmasında iştirak etmək

• Vergilərin optimallaşdırılması istiqamətində məsləhətlərin verilməsi

• Mühasibat əməliyyatlarının optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində dəstəyin göstərilməsi

 

Layihə təcrübəsi 

• Maliyyə və mühasibat uçotu olmayan müəssisələrdə uçotun qurulması

• Müəssisənin əməliyyatlarının mühasibat proqramında tətbiq olunmasının qaydalarının müəyyən olunması

• İstehsal prosesinin və kalkulyasiyaların 1C-də qurulması

• Mühasibat şöbəsində daxili prosedurların hazırlanmasında məsləhətlərin verilməsi


Təhsil və sertifikatlar

• Bakalavr ADNSU

• Magistr - ADİU

• KOS MHBS PMS- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

• MHBS PMS - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

• Excel Skills for Business (Specialization) -Macquarie University

• Data Analysis with Pivot Table

• İdarəetmə və liderlik -Azərbaycan Bank Tədris Mərkəzi

•Finance for Non-Financial Professionals -University of California

Rafiq Nəcəfli