BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Konsaltinq (məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən müəyyən % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis- konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətlər verilir.

Azərbaycanda şirkətin (Məhdud Məsuliyyətli Cəmiyyət) qeydiyyatdan keçirilməsi qaydaları sadələşdirilmişdir və ərizə forması, şirkətin təsis sənədləri (nizamnamə və təsis qərarı) kimi minimal sənədlər tələb edilir. Qeydiyyat orqanı Vergilər Nazirliyidir.

Hüquqi şəxsi vergi uçotuna qeydiyyata almaq üçün Azərbaycan Respublikasının vətəndaşları üçün yalnız şəxsiyyət vəsiqələri tələb olunur. Bütün proseslər onlayn qaydada icra olunur.

Fərdi sahibkarı vergi uçotuna qeydiyyata almaq üçün Azərbaycan Respublikasının vətəndaşları üçün yalnız şəxsiyyət vəsiqələri tələb olunur. Bundan başqa vətəndaşlar istənilən mobil operatordan ASAN-imza əldə etməlidilər və vergi orqanında sertifikat əldə etməlidilər. Xarici vətəndaşlar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün Miqarasiya sənədini və Xarici pasportunu təqdim etməlidirlər. Bu sənədlər əsasında onları vergi uçotuna qeydiyyata almaq olar.

Sadələşmiş vergi hesabatları (dövriyyəsi illik 200 min manata qədər olanlar) il ərzində 4 dəfə verilir. Tarixlər: I-ci rüb martın 20-nə qədər, II-ci rüb iyulun 20-nə qədər, III-cü rüb oktyabrın 20-nə qədər, IV-cü rüb yanvarın 20-nə qədər.