Əmək qanunvericiliyini mükəmməl bilmək istəyən, kadr sənədləşməsinə maraq göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən gənclərin diqqətinə!
30 illik təcrübəyə malik olan BSC konsaltinq öz komandasına İR sahəsində təcrübə proqramına namizəd axtarır.
Özünə güvənən, sözün əsl mənasında əmək qanunvericiliyi sahəsində konsultant (məsləhətçi) olmaq istəyən şəxsləri aramızda görməkdən məmnun olarıq.
Proqram kimlər üçün nəzərdə tutulmuşdur?
Proqramın müddəti: 3ay
Son qeydiyyat tarixi: 01.09.2024
Proqramın təlim hissəsi ödənişsizdir.
Proqram iştirakçıların sayı: 5 nəfər
İştirakçılar müsabiqə yolu ilə seçiləcəklər.
Proqramın özəllikləri:
- Nəzəri biliklərin İR sahəsində uzun müddətli iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən keçirilməsi;
- Nəzəri biliklərin təcrübəyə tətbiq edilməsi, tətbiq zamanı yaranacaq çətinliklərin aradan qaldırılması və daha effektiv həll yollarının peşəkar təcrübəyə dayanaraq əldə edilməsi;
- İş təcrübəsi olmayan şəxslər üçün korporativ mədəniyyət, daxili nizam-intizam, müştəri ilə davranış qaydaları ilə tanış olmaq fürsətinin əldə edilməsi;
- Hər bir proqram iştirakçısına təcrübəli İR mütəxəssisin koordinator qismində təyin edilməsi;
- Nəzəri biliklərin təcrübədə tətbiq edilməsinin Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə həyata keçirilməsi;
- Fərqlənmiş iştirakçılara gələcəkdə İR sahəsində karyera qurulması ilə bağlı “BSC" MMC tərəfindən dəstək olunması.
Proqrama qoşulmaq istəyənlər CV-lərini "İnsan Resursları üzrə Təlim-Təcrübə proqramı" başlığı altında hr@bsc-group.az email ünvanına göndərə bilərlər.