Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir?

Azərbaycanın vergi sistemində təkmilləşdirmələrdən biri də keçən il Vergi Məcəlləsinin 106-cı maddəsində edilmiş dəyişiklikdir. Mövzunu “vergiler.az”a Business Service Centre şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə mütəxəssisi Anar Məmmədov şərh edir.

Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılıb.

22 iyun 2021-ci il tarixinədək həmin maddənin mətni belə idi: “Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud olan 18 yaşınadək olan uşaqlardan ibarət olan istehsal müəssisələrinin mənfəət vergisi 50 faiz azaldılır”. Dəyişiklik nəticəsində bu maddədən “sağlamlıq imkanları məhdud olan 18 yaşınadək olan uşaqlar” sözləri çıxarılıb.

Misal. Tutaq ki, dəyişikliyə qədər müəssisənin 20 işçisi olub və onlardan 6 nəfəri əlilliyi olan şəxs, 4 nəfəri isə sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır. Bu halda müəssisənin mənfəət vergisi 50 faiz azaldılırdı.

((6+4) x 100 %) : 20 = 50%

Müəssisənin 2020-ci ildə 15.000 manat mənfəəti olmuşdusa, mənfəət vergisi:

15.000 x 20% = 3.000 manat

3.000 x 50% = 1500 manat.

Dəyişiklikdən sonra sağlamlıq imkanları məhdud olan müəssisənin mənfəət vergisinə edilən güzəştdə 18 yaşınadək uşaqlar nəzərə alınmır. Yəni baxdığımız misalda azadetmə üçün yalnız əlilliyi olan şəxslər meyar kimi götürülür:

(6 x 100 %) : 20 = 30%.

Müəssisənin 2021-ci ildə 15.000 manat mənfəəti olmuşdursa, mənfəət vergisi:

15.000 x 20% = 3.000 manat olacaq.

Beləliklə, 6 nəfər əlilliyi olan işçinin çalışdığı müəssisənin mənfəət vergisi 3.000 manat təşkil edir. Əgər əlilliyi olan işçilərin sayı 10 nəfər olarsa, müəssisənin mənfəət vergisinin məbləği 50% azaldılır.

2022-10-18

Mənbə

Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi
Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi

“Business Service Centre” şirkətinin maliyyə mütəxəssisi Fidan Salamova izah edi...

ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi
ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi

“Business Service Centre” şirkətinin maliyyə və mühasibat mütəxəssisi Anar Məmmə...

Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur?
Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur?

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə və mühasibat...